YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Novruz bizim milli varlığımızın kökündə dayanan bayramdır

Müsahibimiz Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru Elnarə Akimova

-Elnarə xanım, hər bir xalqın tanınmasında milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin rolu inkaredilməzdir. Azərbaycan bu baxımdan özünü dünyaya necə təqdim edib?

-Qərb və Şərq sivilizasiyalarının kəsişməsində yerləşən Azərbaycanın milli-mənəvi dəyərlərinə maraq hər zaman olub. Amma bu da faktdır ki, Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində dövlətçilik siyasəti məhz, milli ənənələr nəzərə alınaraq, ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatın bütün sahələrində bu dəyərlərə istinad edərək həyata keçirilib. Bu gün Azərbaycan artıq dünyada söz sahibidir, etibarlı tərəfdaş kimi özünü təsdiq edib, nüfuzu və inkişaf dinamizmi ilə fərqli müstəvidə qərar tutub. Bu statusun qazanılması Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyət və incəsətini də diqqət mərkəzinə gətirir.

Cənab İlham Əliyevin sərəncamları ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin tikilməsi, Xalça Muzeyinin inşası, regionlarda yeni muzey və musiqi məktəblərinin yaradılması və s. bu kimi işlər mədəni irsə olan diqqətə əyani nümunədir. Həmçinin bu zamanadək Azərbaycanın bir sıra mötəbər tədbirlərə, zirvə toplantılarına, elmi konfranslara, festivallara ev sahibliyi etməsi Vətənimizin dünyaya çıxışı, mədəniyyətinin təbliği baxımından əvəzsiz hadisələrdir. Bakıda NATO Parlament Assambleyasının seminarı, ATƏT  Parlament Assambleyasının 23-cü illik sessiyası, IV Bakı Beynəlxalq Humanitar, Gənclər Siyasəti üzrə I Qlobal Forum, Bakı I Elm Festivalı, Bakı Beynəlxalq Teatr Konfransı, “Bakı-2015” I Avropa Oyunları, “Formula -1” və digər beynəlxalq tədbirlər, eləcə də geniş arealda qeyd etdiyimiz “İslam Həmrəyliyi ili”, “Multikulturalizm ili”, “Nizami Gəncəvi ili” Azərbaycanla sivil dialoqun yaradılmasının, saysız insanların məmləkətimizə axın edərək milli dəyərlərimizlə tanışlığının hərəkətverici qüvvəsi sayılmalıdır. Zənnimcə, biz dünyada yalnız hərb meydanında apardığımız ləyaqətli müharibə ilə deyil, milli sərvətlərimizin aliliyi ilə nüfuz qazanmışıq.  Milli-mənəvi dəyərlərimizin kompleksi, yəni memarlıq, xalçaçılıq, xalq musiqisi, folklor və etnoqrafiya sahəsində dövlətin həyata keçirdiyi çoxyönlü işlərin sayəsində öz layiqli yerimizi tapmışıq.

Hey­dər Əli­ye­vin “Ki­ta­bi-Də­də Qor­qud”un 1300 il­lik yu­bi­le­yi­nin ke­çi­ril­mə­si sa­hə­sin­də bö­yük iş­lə­ri­ni yəqin ki, xatırlamayan az adam tapılar. 1970-ci il­lər­dən Də­də Qor­qud hə­rə­ka­tı kimi böyük sahələri çevrələyən bu işə ya­zı­çı­lar, rəs­sam­lar, hey­kəl­tə­raş­lar, ki­ne­ma­toq­raf­çı­lar, elm adamları cəlb olundu. Bu dastan xal­qın folk­lor yad­da­şı, soy­kö­kü, mil­li var­lıq dün­ya­sı ilə ya­şa­dı­ğı­nın əya­ni tə­za­hü­rü idi ki, Heydər Əliyev də bu baxımdan məsələyə geniş kontekstdə yanaşmışdı.

Bu fər­ma­n, onun Azər­bay­can Res­pub­li­ka­sı adın­dan Pre­zi­dent Hey­dər Əl­ye­vin tə­şəb­bü­sü ilə YU­NES­KO tə­rə­fin­dən ke­çi­ril­mə­si, daha sonra dastanın müxtəlif dil­lə­rə tər­cü­mə­si, təd­qiq və təb­li­ği məq­sə­di­lə Də­də Qor­qud–1300 Bey­nəl­xalq El­mi Sim­po­ziu­mu­nun ke­çi­ril­mə­si milli sərvətimizin dünyaya tanıdılmasında əvəzsiz rol oynayıb.

Qeyd edim ki, bu proseslərin hamısı İlham Əliyevin də dövlət siyasətinin tərkib hissəsinə çevrildi, siyasi himayədarlığının hədəfində dayanan amillər oldu. Bu hədəfdə xal­qın ta­ri­xi keç­mi­şi, klas­sik ədə­bi qay­naq­lara, ana di­linə, mə­nə­vi sər­vət­lə­rə qay­ğı, məfkurə və azər­bay­can­çı­lıq ide­ya­la­rına inam yer almaqla bərabər, xalqın mil­li ruh və zəngin ya­ra­dı­cı­lı­ğını, fi­zi­ki və mə­nə­vi gü­cü­nü Av­ro­pa­ya, Qər­bə, bütün dünyaya bəyan etmək niyyəti dayanırdı. Yəni stra­te­ji qa­yə­ bundan ibarət idi.

- Xalqımız baharın gəlişini,  yüksək mənəvi dəyərlərimizi, adət və ənənələrimizi yaşadan qədim el bayramımız  olan Novruzu böyük sevinc və fərəhlə qarşılayır. Novruzun tarixi barədə fikirlərinizi  bilmək istərdik.

Novruz öz ruhu, fəlsəfi yükü və məzmunu olan bayramdır. Gözəllik və səmimiyyət anlamlıdır. Novruz bizim milli kökə, adət-ənənələrimizə bağlılığımızı, milli ruh, milli dəyər anlayışına sadiqliyimizi  ehtiva edən bayramdır. Bunun geniş kontekstdə qeyd olunmasının əsas səbəbi də budur.

Amma Novruz həm də özümüzlə başlayan bir tarixi mərhələnin içində gəlişən bayramdır. Uzun illər Novruz bayramı əfsanəvi İran şahı Cəmşidin icadı kimi təqdim olunub.  Amma ilk dəfə milli triadamızın müəllifi Əli bəy Hüseynzadə Novruzu türk bayramı kimi xarakterizə edərək sübut etdi ki, İranda Cəmşid adlı bir padşah olmamışdır ki, bir də Novruz icad etmiş olsun. Əvəzində həm də nəyi sübut edirdi? Novruzun təqvimləşdirilərək dövlət səviyyəsində və rəsmən ilin başlanğıcı elan edilməsinin Səlcuqlu hökmdarı Cəlaləddin Məlikşaha aid olduğunu. Qeyd edirdi ki,  "Məlikşah hər xüsusda çox nizampərvər olduğu üçün zamanındakı təqvimlərin qüsurlu və qarışıq olduğunu görürdü. Anlayırdı ki, siyasi idarəetmədə, ölkənin mülki və özəlliklə, maliyyə həyatı üçün qəməri təqvimi münasib deyil, daha kamil  bir şəmsi təqvim vücuda gətirməkdən başqa çarə yoxdur. Bu niyyətlə başına əsrinin Ömər Xəyyam kimi böyük astronomlarını toplayıb, bunların yardımı ilə bu gün cahan təqvimlərinin ən mükəmməli və dəqiqi olan şəmsi təqvimini tərtib etmişdi. Bu təqvimə görə, gecə və gündüzün bərabər olduğu və günəşin ekvator xəttindən şimala keçdiyi və yazın gəlişinə təsadüf edən gün ilin əvvəli, yəni novruz olaraq qəbul edilib və bu təqvimə sultanın şərəfinə "Sultani" deyilmişdir".

Yəni, nə hind-fars mifologiyası, nə Cəmşid icadı özünü doğrultmur, Novruz səlcuqlu ölkəsinin yeni il bayramı kimi qəbul edildiyi vaxtdan öz rəsmi mövcudluğunun başlanğıcını qoyub. Məlikşahın zamanında yazılmış Mahmud Kaşqarlı "Divan"ında da Novruz türklərdə yeni gün, türk ilinin başlanğıcı kimi qeyd olunur. Bilirik ki, uyğurlar, özbəklər, azərbaycanlılar, əfqanlar, ərəb və farslar Səlcuqlu dövlətinin vətəndaşlarıdırlar. Novruzun belə geniş arealda təntənə ilə qeyd edilməsi sultan Məlikşahın istəyi ilə gerçəkləşirdi. 

 -Novruz bayramına qədər dörd ilaxır çərşənbələr qeyd edilir. Bu çərşənbələr nələri özündə ehtiva edir?

-Hər dörd çərşənbə yeni günü, yeni başlanğıcı, yeni həyat doğuluşunu, canlanma və ruhsal təzələnmə anlamını daşıyır özündə. Novruz sözünün etimologiyasında da yeni günə başlamaq anlamı dayanır. Dörd çərşənbə bu başlanğıcın dörd ünsürünü ehtiva edir. Su, Od, Yel və Torpaq çərşənbələri bizdə həmişə müqəddəs xarakter daşıyıb. Bu çərşənbələrin hər biri ilə bağlı xalqın yaddaşında özünəməxsus ayin və etiqadlar, adət-ənənələr qərarlaşıb və ritual olaraq hər il təkrarlanaraq yeni yetişən nəslə ötürülüb.

Son qeyd olunan çərşənbə xalq arasında "İlaxır Çərşənbə", "Yer Çərşənbəsi", "Çərşənbə-Suri" kimi də adlanan Torpaq çərşənbəsinin özəlliklərini ehtiva edir. Bu çərşənbə ilə bağlı əsrlərdir formalaşmış inanc sistemi mövcuddur. Niyə məhz torpaq çərşənbəsi? Çünki bu çərşənbədən etibarən təbiətin oyanışı başlayır, torpağa istilik gəlir, otlar, çiçəklər canlanır, ağaclar tumurcuqlayır ki, bu da dirilmə, oyanış faktını rəmzləndirmiş olur. Bu oyanış həm də təbiətin güclənməsi, bolluq, ruzi artımı kimi məsələlərə dayaq verir. İnsan özü də ruhunun yeniləndiyini, təmizləndiyini hiss edir. Axır Çərşənbə əvvəlkilərdən fərqli olaraq, lokal deyil, daha kütləvi şəkildə, xalq şənlikləri, ayin, etiqad, oyun və mərasimlərin müşayiəti ilə qeyd olunur. Yumurta döyüşdürmək, tonqal qalamaq, papaq atmaq, meydan səhnələri qurmaq, dərdini suya danışıb imdad diləmək, fal açmaq, qulaq falına çıxmaq, tonqalın üstündən atılıb ağrı-acılarının oda tökülməsini arzu etmək və s. kimi inanclar axır çərşənbənin, Novruz bayramının, illərdir xalqımızın qoruyaraq günümüzə gətirdiyi gözəlliklərindəndir.  Bu gözəllik bir də Novruz bayramının mahiyyətində yer alan humanist qayədə özünü göstərir. Məsələn, küsülüləri barışdırmaq, xəstələrə baş çəkmək, uşaqlara yeni libas almaq kimi bayrama aid xüsusiyyətlər ona fərqli bütövlük qazandırmaqdadır. Ümummilli lider Heydər Əliyevin 21 mart 2000-ci il tarixində Novruz bayramı münasibətilə təbrikində səsləndirdiyi fikirdə bu qayə əksini tapmışdır: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”.

-Artıq iki ildir Novruz bayramını qalibiyyət ruhunda, tarixi Zəfərimizin sevincini yaşayaraq  qeyd edirik. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev və ailə üzvləri ötən il Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada  Cıdır düzündə Novruz tonqalını alovlandırdılar. Ölkə Prezidenti   bu məkandan etdiyi  müraciətində böyük qürur hissi ilə “Bu gün Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm: “Şuşa sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!” bəyan etdi…

-Bəli, 44 günlük müharibədə qazandığımız Zəfər mil­li mə­də­niy­yə­ti­miz­lə bağ­lı el­mi və mə­də­ni-təş­ki­la­ti fəa­liy­yə­tin can­lan­ma­sı­na sə­bəb olub. Dəyərlərimizə daha çox sahib çıxmağa çalışır, hər məqamın milli zəmində sabahımıza hədəflənməsini istəyirik. Azərbaycanın qazandığı tarixi Qələbənin həm türk dünyasında, həm də beynəlxalq platformada ən yüksək səviyyədə, eləcə də mədəniyyət vasitəsilə təbliğində atılan hər bir addım böyük missiya daşıyıcısıdır. Dövlət başçısı İlham Əliyevin və ailəsinin Qarabağda bayram tonqalı qalaması bu mənada, olduqca ibrətamizdir. Əvvəla, deyə bilərik ki, İlham Əliyev Qarabağda Novruz tonqalını alovlandıran ilk liderimizdir. Və bu tonqal həm də ümummilli liderimiz Heydər Əliyevin illər öncə çatdığı ocağın qığılcımından hasilə gələn oddur, ocaqdır. Heydər Əliyev bağları qırılmağa qoymayan, zamandan zamana od daşıyan, işığı keçməyə, odu sönməyə qoymayan lider idi. Bu gün qeyd elədiyimiz Novruz bayramının ən böyük dəyərimiz kimi çağımıza adlaması, təntənə və əzəmətini qorunması yolunda onun xidmətləri ölçüyəgəlməzdir. Xatırlayıram, Möv­lud Sü­ley­man­lı “Qırx ilin yed­di gö­rü­şü” me­mu­ar-əsə­rin­də Hey­dər Əli­yevin təşəbbüsü ilə 70-ci il­lə­rin or­ta­la­rında Nov­ruz bay­ra­mı ərə­fə­sin­də özünün iştirakı ilə Şıx çi­mər­li­yi səm­tin­də ağac əkilməsi faktını yazır. Ümumiyyətlə, bizim bir xalq kimi milli müəyyənliyimizin dövrü Heydər Əliyev epoxasından başlandığından, mil­li xalq mə­ra­sim­lə­ri­nin qo­ru­nub-sax­lan­ma­sı, get­dik­cə da­ha ge­niş əha­tə al­ma­sı fak­tı da Hey­dər Əli­ye­vin res­pub­li­kaya baş­çı­lıq etdiyi dövrə düşür desək səhv etmərik. Yenə həmin kitabda belə bir fakt var. “Rəh­mət­lik Rə­sul Rza da­nı­şır­dı ki, (Ana­rın de­dik­lə­rin­dən) Azər­bay­can KP MK-nın I ka­ti­bi Hey­dər Əli­ye­vin qə­bu­lun­da ol­dum... Nov­ruz bay­ra­mı ilə bağ­lı fi­kir­lə­ri­mi bil­dir­dim. Mə­nə de­di: “- Rə­sul mü­əl­lim, gə­lin ge­dək bi­zim evə, gö­rək Nov­ruz bay­ra­mı­nı siz yax­şı ke­çi­rir­si­niz, yox­sa biz. Əgər bi­zim zi­ya­lı­la­rı­mız Nov­ruz bay­ra­mı­nı mə­nim tap­şı­rı­ğım­la ke­çi­rə­cək­lər­sə, bu heç də yax­şı de­yil... Qoy ürək­lə­ri is­tə­dik­lə­ri şə­kil­də ke­çir­sin­lər”. O za­man 70-ci il­lə­rin əv­vəl­lə­ri idi, bu söz də dil­dən-di­lə düş­dü. Yaz bay­ra­mı­mız öz sə­mə­ni­siy­lə ev­lər­dən ba­yı­ra çıx­dı, ya­xın­lı-uzaq­lı yur­du­mu­zu do­laş­dı...”. 

Hey­dər Əli­ye­vin hər il qeyd olu­nan Uşaq­la­rın Bey­nəl­xalq Te­le­vi­zi­ya və Ra­dio Gü­nü, Uşaq­la­rın Bey­nəl­xalq Mü­da­fiə Gü­nü təd­bir­lə­rin­də, şə­hid öv­lad­la­rı və kim­sə­siz uşaq­lar üçün təş­kil olu­nan Nov­ruz və Ye­ni il şən­lik­lə­rin­də­ki iştirakını hamımız xatırlayırıq. Bu tədbirləri Ümummilli lider böyük sevgi və coşğu ilə keçirir, bununla gələcək nəslə ən gözəl xidmət edərək, yaddaşlarında ən silinməz, ən dərin xatirə izi buraxırdı.  İndi o yüksək mənəvi dəyərlər, nəcib tərbiyə, adət-ənənə ruhunda böyüyən uşaqlar zəfəri bizlərə qazandırdılar. Bu mənada, Qarabağda qalanan hər ocaqda Heydər Əliyevin nəfəsi olduğunu əbəs vurğulamıram.

-Elnarə xanım, Novruzun beynəlxalq səviyyədə tanınması təqdirəlayiq haldır. Novruz bayramının Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri sayəsində UNESCO tərəfindən mədəni irs nümunələri siyahısına daxil edilməsi ölkəmizin beynəlxalq nüfuzuna hansı əlavələri edib?

-Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərimizin dünyaya tanıdılması və təbliği yönündə bu illər ərzində misilsiz işlər ərsəyə gətirmişdir. Onu deyim ki, Azərbaycanın dünyada ən yüksək şəkildə təmsil olunması, onun dəyərlərinin, mədəniyyətinin və adət-ənənələrinin dünya dövlətlərinin diqqətinə çatdırılması, beynəlxalq ictimaiyyətin marağının Azərbaycan reallıqlarına yönəlməsi baxımından bu xidmətin böyük rolu vardır.

Azərbaycanın mənəvi inciləri olan Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, Şirvanşahlar Sarayı və Qız Qalası daxil olmaqla İçərişəhər Dövlət Tarix-Memarlıq Kompleksinin YUNESKO-nun "Dünya mədəni irs" siyahısında yer alması, Aşıq sənəti, Azərbaycan xalçası və tar ifaçılıq sənətinin YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında qərarlaşması, milli ənənələrimizin bariz örnəyi olaraq Azərbaycanın çövkən oyununun YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması, eləcə də özündə nəciblik və kübarlıq kimi ali duyğuları rəmzləndirən Azərbaycan Kəlağayısının "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahıya daxil edilməsi Mehriban Əliyevanın həyata keçirdiyi layihələrin məntiqi nəticəsi sayılmalıdır.

Novruz bayramının da Mehriban xanım Əliyevanın xidmətləri sayəsində UNESCO tərəfindən mədəni irs nümunələri siyahısına daxil edilməsi ölkəmizin

beynəlxalq nüfuzunun artırılmasına ciddi təsir edən amildir. Bu, qloballaşma şəraitində Azərbaycanın milli-mənəvi dəyərlərinin dünyaya inteqrasiyasına, dünya informasiya məkanına artırılan təkrarsız milli çalar olaraq geniş yollar, geniş imkanlar açır. Qeyd etdiyim kimi, Novruz bizim milli varlığımızın kökündə dayanan bayramdır. Biz bu bayramı mədəni irs siyahısına salmaqla əslində, ölkəmizin dünya ictimaiyyətinə tanıdılması, xalqımızın maddi-mənəvi irsinin, milli adət-ənənələrinin təbliği sayəsində addım atmış oluruq. Bu, həmçinin milli özəlliyimizi dünyanın diqqət mərkəzinə gətirməklə bərabər, irsin bəşəriliyini ifadə edən faktor kimi də böyük əhəmiyyət daşıyır. Sübut edirik ki, bu gün Azərbaycan dünyanı yalnız öz humanist mahiyyəti, tolerant və rasional varlığı ilə deyil, həm də özünün mənəvi sərvətləri ilə də təəccübləndirmək iqtidarındadır. Bu artıq müasir Azərbaycanın siması və gücü, milli kimlik və müəyyənlik statusudur.