YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Növbədənkənar seçkilərdən sonra Milli Məclis daha işlək bir orqana çevrilib

Müsahibimiz YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov

- Azər müəllim, Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşır. Bu uğurumuzu şərtləndirən amillər hansılardır?

Dünya Bankının, Doing Busines, jurnalının hesabatında   Azərbaycan 190 ölkə arasında 28 -ci yerdədir. Dünyanın bir nömrəli maliyyə qurumu olan Davos İqtisadi Forumunun hesabatında isə  Azərbaycanı dünyanın ən islahatçı 10 ölkəsi arasında yerləşdirilmişdir. Bu hesabatda inkuliziv inkişaf indeksinə görə ölkəmiz 3-cü yerdə, elektrikə əl çatanlığına görə 2-ci yerdə, hökumətin uzunmüddətli strategiyasına görə 10-cu yerdə, hökumətin siyasi sabitliyin təmin edilməsi indikatoruna görə isə dünyada 11-ci yerdədir. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycana yüksək dəyər verməsi ölkəmizin reallığıdır. Bu reallığı dövlət başçımızın rəhbərliyi və tapşırığı ilə ölkəmizdə həyata keçirilən və dərinləşən islahatları sayəsində nail olunmuşdur. Təbii ki, bu islahatlar prosesi iqtisadiyyatımızın bütün istiqamətlərini əhatə etmiş, kadr islahatları, korrupsiyaya qarşı mübarizəsinin gücləndirilməsi və şəffaflığın təmin olunması istiqamətində atılan addımların effektiv nəticələri iqtisadiyyatımızın inkişafına və möhkəmlənməsinə, investisiya mühütünün yaxşılaşmasına gətirib çıxartmışdır. Beynəlxalq maliyyə qurumları ölkəmizdə həyata keçirilən bu prosesləri izləyir və əməlli nəticələr əldə olunduğuna görə öz hesabatlarında dəyərləndirilir.  

- İslahatlar siyasətinin davamı kimi 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərini xüsusi  qeyd edə bilərik. Seçkilərin keçirilməsi hansı zərurətdən yarandı?

2018-ci ildə keçirilən president seçkilərində böyük səs çoxluğu ilə yenidən seçilən Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən islahatlar prosesinin daha da dərinləşəcəyi haqqında anons vermişdi. İslahatar prosesi dövlətin hakimiyyətinin bütün qollarını əhatə etməyə başladı. Prezident Administrasiyasında və Nazirlər Kabinetində struktur və kadr islahatları aparılaraq yaşlı insanlar daha gənc və bacarıqlı kadrlarla əvəz olundu. Mərkəzi və Yerli İcra hakimiyyəti strukturlarında yenilənmə baş verdi.  Məhkəmə hakimiyyətində islahatlara başlanıldı. Yeni məhkəmələr yaradıldı. Məhkəmələrdə şəffaflığının təmin edilməsi üçün elektron məhkəmə modeli tətbiq olundu. Hakimiyyətin bu iki qolunda həyata keçirilən islahatlar prosesindən hakimiyyətin digər qolu olan Milli Məclis kənarda qala bilməzdi. Ona görə də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar Milli Məclisin buraxılmasını və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı məsələ qaldırdı. Digər deputatlar da bu məsələni dəstəklədilər və ölkədə icra olunan islahatlara qoşulmaq üçün Milli Məclis buraxılaraq növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı ölkə başçısına müraciət ünvanlandı.   Ölkə başçısı Milli Məclisin müraciətini yüksək dəyərləndirdi və ölkəmizdə növbədənkənar parlament seçkiləri təyin olundu. Beləliklə 2020-ci ilin fevralın 9-da parlamentə növbədənkənar seçkilər keçirilərək çoxpartiyalı yeni parlament yenidən formalaşdı. Növbədənkənar seçkilərdən sonra parlamentin tərkibi gəncləşdi. Azərbaycan Milli Məclisin tarixində ilk dəfə parlamentin sədri qadın seçildi. Milli Məclisin rəhbərliyində və bütün komitələrin rəhbərliyində parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri təyin olundu. Milli Məclisin Administrasiyasında struktur islahatları aparıldı. Beləliklə növbədənkənar seçkilərdən sonra müasir dövrün çağırışlarına cavab verən prarlament formalaşaraq fəaliyyətə başladı.

- Azər müəllim, bütün siyasi qüvvələrin iştirak etdiyi növbədənkənar parlament seçkilərinin  nəticəsində çoxpartiyalı parlament formalaşıb. Yeni tərkibli  parlament ötən iki ildə hansı mütərəqqi qanunların qəbuluna nail olub?

2020-ci ilin əvvəlində yenidən formalaşan Milli Məclis daha çevik, operativ və  zamanın nəbzini tutaraq öz fəaliyyətini həyata keçirməyə başladı. Artıq yenidən formalaşmış parlamentin fəaliyyətinin iki ili başa çatmışdır. Bu iki ildə Milli Məclis daha işlək bir orqana çevrildi. Yeni qanunlar qəbul olundu. Cəmiyyət üçün qəbul olunmuş belə vacib qanunların arasında Ələt Azad iqtisadi Zonasını haqqında qanun, Vergi Məcəlləsinin qəbul olunması, Təhsil haqqında qanun, Dini etiqad haqqında qanunu və s. missal göstərmək olar. Yeni parlamentin qəbul etdiyi yeni qanunlar və mövcud qanunlarda həyata keçirilən dəyişikliklər Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən islahatlar prosesini sürətləndirərək daha əməlli nəticələrə nail olmağımıza yol açmış oldu. 

- Prezident İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasındakı çıxışında deputatların qarşısında bir sıra vəzifələr qoydu və bu çağırışlar edildi ki, millət vəkilləri  seçildikləri dairələrdə fəal olmalı və seçicilərlə daim təmasda olmalıdırlar. Yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Bir millət vəkili, xalqın parlamentdə təmsilçisi olaraq necə düşünürsünüz bu çağırışların cavablandırılması qaneedicidirmi?  

-Növbədənkənar seçkilərdə seçilən parlamentin ilk iclasında Prezident İlham Əliyev geniş nitqlə çıxış edərək Milli Məclisin fəaliyyətinə tövsüyyələr verərək yol xəritəsini təqdim etdi.  Yeni çağırış Milli Məclis deputatların   qarşısında duran əsas vəzifələrindən biri seçiciləri ilə daha yaxın təmas yaratması və təmsilçilik funksiyasının icrasının dərinləşdirilməsi ilə bağlı olmuşdur. Yola saldığımız iki il ölkə həyatı və deputatların fəaliyyəti üçün yeni bir dövr olmuşdur.  2020-ci ildə 44 günlük Vətən müharibəsində yaratdığımız yeni reallıq və Qlobal pandemiya ilə bağlı tətbiq olunmuş məhdudiyyətlər fəaliyyətimizi yeni müstəvidə həyata keçirməyimizi şərtləndirirdi. Milli Məclisin deputatları özlərinin seçildiyi dairələrdə daha çox işləməyə başladılar. Təbii ki, pandemiya lazımı qaydada fəaliyyət göstərməyimizə imkan vermədi. Amma bütün bunlara baxmayaraq tibbi maskadan istifadə edərək məsafə gözləməklə seçicilərlə görüşlərimizi keçirdik. Vətən müharibəsində şəhid olmuş mərd oğullarımızın mərasimlərində iştirak etdik. Təbii ki, yeni çağırış deputatlar seçicilərə daha əlçatan oldular. Milli Məclisə   seçici müraciətlərin sayı artdı. Təbii ki, seçicilərin hər bir müraciəti nəzarətə götürülərək dərhal əlaqədar qurumlara ünvanlanır.  Qısa olaraq deyə bilərəm ki, yeni seçilmiş parlament öz geniş fəaliyyəti ilə cəmiyyət arasında daha çox rəğbət qazandı.

Azər müəllim, tarixi Zəfərimiz Azərbaycanın döyüş meydanında və informasiya cəbhəsində üstünlüyünü bir daha dünyaya bəyan etdi. Hazırkı postmünaqişə dövründə Milli Məclisin beynəlxalq fəaliyyətin səmərəliliyinin artırılmasında rolunu necə şərh edərdiniz?

- 44 günlük Vətən müharibəsində qazandığımız qələbəni informasiya məkanında və siyasi meydanında möhkəmləndirilməsi vacib idi. Post müharibə dövründə Milli Məclisin beynəlxalq fəaliyyəti bu baxımdan çox geniş olmuşdur. Parlamentlərarası işçi qrupların rəhbərləri təmsil olunduğu bütün ölkələrin parlamentlərinə qələbəmizlə, yaratdığımız yeni reallıq və erməni vəhşilikləri ilə bağlı məktublar göndərildi. Xocal soyqırımı ilə bağlı dünya parlamaentlərinə, o cümlədən rəhbərlik etditimiz dostluq qruplarına məktublar ünvanlanaraq məlumatlar verildi. Depuatatlarımız beynəlxalq təşkilatlarda qalib ölkənin nümayəndələri olaraq daha aktiv fəaliyyət göstərməyə başladı. Milli Məclisin sədri Sahibə xanım Qafarovanın rəhbərliyi altında çoxlu ölkələrin parlamentlərinə və beynəlxalq təşkilatlarına səfərlər olunaraq mövcud reallıq haqqında məlumatlar çatdırıldı. Dünya tarixində ilk dəfə olaraq təşəbbüsümüzlə Qoşulamma Hərəkatının Parlament Şəbəkəsinin yaradılması haqqında razılıq əldə olundu və cari ildə Bakıda müvafiq mərasim baş tutacaqdır. Çoxlu ölkələrin Parlament rəhbərləri və nümayəndələri Milli Məclisə gəldilər. Görüşlərdə yaratdığımız yeni reallıq və erməni vəhşilkləri haqqında məlumatlar verildi. Hətta ilk dəfə olaraq Azərbaycanın deputatları İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasında işitirak edib və iclasa sədrilik etdilər. Sonda qısa olaraq qeyd edə bilərəm ki, yenidən seçilən Milli Məclisin beynəlxalq fəaliyyəti çox uğurlu olmuşdur.