YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Yerli özünüidarəetmə sisteminin formalaşdırılması prosesi Azərbaycanda demokratik inkişafın əyani nümunəsidir. Bu baxımdan hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması, dövlət və cəmiyyətin idarə olunmasının səmərəliliyinin artırılması istiqamətində hakim Yeni Azərbaycan Partiyası tərəfindən atılan addımlar bələdiyyələrin fəaliyyətində öz ifadəsini tapmaqla yanaşı, respublikamızda yerli idarəetmə orqanlarının işinin təşkilinə mühüm töhfə vermişdir. Ulu öndər Heydər Əliyev dövlət və cəmiyyətin idarə olunmasında bələdiyyələrin rolunu yüksək qiymətləndirərək qeyd etmişdir ki: "Yerli özünüidarəetmənin yaradılması Azərbaycanda gedən demokratik proseslərin böyük bir hissəsi, böyük bir qoludur. Demokratik, hüquqi dövlət, dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir". Ümummilli liderimizin fikirləri bu gün real həyatda öz əksini tapmışdır. Bu gün Ulu öndər Heydər Əliyev ideyalarından qaynaqlanan bələdiyyə institutu təkmilləşir, formalaşır, Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında öz mövqeyini durmadan möhkəmləndirir.