YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

1993-cü ildə keçirilmiş prezident seçkilərində 98,84 faiz səslə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

1993-cü ildə keçirilmiş prezident seçkiləri Azərbaycan Respublikasının Prezidenti postuna keçirilən 3-cü rəsmi seçkilər olmuşdur. Seçkilər 3 oktyabr 1993-cü ildə keçirilmişdir. Yeni Azərbaycan Partiyasının lideri Heydər Əliyev seçkilərdə iştirak edən 3 milyon 919 min 923 nəfər seçicinin səsini qazanaraq (98.84%) böyük üstünlüklə qalib gəlmiş, Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Ümumiyyətlə, 1993-cü ildə keçirilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Bu seçkilərdə Azərbaycan xalqı doğru seçim edərək yüksək səs çoxluğu ilə öz böyük oğlunu, dahi siyasətçi Heydər Əliyevi Prezident seçmiş və həmin seçimlə də bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyulmuşdur. Bu seçkilərin nəticəsi Yeni Azərbaycan Partiyasının inkişafında yeni bir mərhələnin başlanğıcı olmaqla, partiyanın ölkəmizin siyasi sistemində özünün aparıcı mövqeyini təsdiq etmək, ən əsası isə müstəqil dövlət quruculuğu proseslərində yaxından iştirak etmək üçün qarşısında mühüm vəzifələr  qoymuşdur.