2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçkilərində Yeni Azərbaycan Partiyasının namizədinin irəli sürülməsi haqqında Yeni Azərbaycan Partiyası V Qurultayının qərarı
Yeni Azərbaycan Partiyası V Qurultayı Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 54-cü maddəsinə əsasən qərara alır:
1. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Heydər oğlu Əliyev 2013-cü ilin prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizəd irəli sürülsün;
2. Qurultayın bu qərarından irəli gələn vəzifələrin yerinə yetirilməsi Yeni Azərbaycan Partiyasının İdarə Heyətinə həvalə edilsin.