YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

İlham Əliyevin yenidən YAP-ın sədrliyinə namizədliyinin irəli sürülməsi ilə bağlı Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Kərim Kərimov çıxış etmişdir
 

İlham Əliyevin yenidən YAP-ın sədrliyinə namizədliyinin irəli sürülməsi ilə bağlı Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Kərim Kərimov çıxışında qeyd etmişdir: “Partiya işi ilə əlaqədar və seçki kampaniyalarında iştirak etdiyim regionlarda böyük quruculuq-abadlıq işlərinin gedişini görmüşəm. Bu işlərdən prezident seçkilərində təbliğat vasitəsi kimi istifadə etmək məqsədilə Milli Kitabxanada təxminən üç ay işləyib araşdırmalar aparmışam. Məlum olub ki, möhtərəm cənab Prezidentimiz regionların sosial-iqtisadi inkişafına aid iki Dövlət Proqramını həyata keçirmək üçün regionlara doqquz il yarımda 284 dəfə səfər edib. 860-dan artıq tədbirdə iştirak edib. Mən əsaslı, sanballı tədbirləri nəzərdə tuturam. Tədbirlərin sayı mini keçib. 560-dan artıq respublika əhəmiyyətli sənaye müəssisəsinin, obyektin təməlqoyma və açılış mərasimlərində şəxsən Prezidentimiz İlham Əliyev özü iştirak edib”.
Kərim KƏRİMOV çıxışında qeyd etmişdir ki, möhtərəm Prezidentimizin gördüyü bu işləri sovet hakimiyyəti illərində görülmüş işlərlə müqayisə etmək istədim. Müqayisə etdim. Məlum oldu ki, Prezidentimiz İlham Əliyev doqquz il yarım ərzində, -70 illik sovet hakimiyyəti dövründə bizə 16 nəfər rəhbərlik edib, - 16 nəfərin 70 ildə regionlarda olduğundan İlham Əliyev doqquz il yarım ərzində bir dəfə yarım artıq regionlarda olub.
Regionların simasını siz bilirsiniz, görmüsünüz. İndi regionlarla şəhərin fərqi yoxdur. Bu işi bizim möhtərəm Prezidentimiz görüb. Bu işdə insana fitri istedad və nəsildən gələn keyfiyyətlər lazımdır. Bu keyfiyyətlər bizim möhtərəm Prezidentimizdə vardır. Bu keyfiyyətləri o, müstəqil Azərbaycan dövlətinin memarı böyük Heydər Əliyevdən və anası akademik Zərifə xanım Əliyevadan götürüb. 
“Məhz bu keyfiyyətlərin nəticəsi 2011-ci il dekabrın 24-də hörmətli Prezidentimiz İlham Əliyevi Azərbaycanın ucqar rayonlarından biri olan Ağcabədiyə aparıb çıxardı. Həmin tarixdə İlham Əliyevin 50 illik yubileyi tamam olurdu. İlham Əliyev övladları ilə, nəvələri ilə, ailəsi ilə bir yerdə Bakıda çox yaxşı bir yubiley keçirə bilərdi. Ancaq nəsildən gələn nəcib keyfiyyətləri onu aparıb uzaq rayona çıxardı. Prezident həmin günü Ağcabədidə laçınlı məcburi köçkünlərlə keçirdi. Həmin günü onların qayğıları ilə yaşadı. Bu, həqiqətən çox dəyərli bir addım idi. 
Yeri gəlmişkən, mən bu gün bu məclisdə bizim çox hörmətli xanımımız Mehriban Əliyevanı görürəm. Mehriban xanım bütün bu müddət ərzində Prezident İlham Əliyevin gördüyü bütün işlərdə fəal iştirak edib. Bütün məsul məsələlərin həllində Mehriban xanım İlham Əliyevin yanında onun ən yaxın silahdaşı olubdur”-deyə qeyd edən Kərim Kərimov qurultaylar arasında, yəni, V-VI qurultaylar arasındakı dövrdə Yeni Azərbaycan Partiyasının sədrliyinə xalqımızın şanlı oğlu İlham Əliyevin namizədliyini irəli sürmüşdür.