Yeni Azərbaycan Partiyasının II Qurultayının Qətnaməsi
Yeni Azərbaycan Partiyasının II Qurultayı Partiyanın Sədri, Cənab Heydər Əliyevin dərin məzmunlu, proqram xarakterli nitqini, hesabat məruzəsini və müzakirələr zamanı irəli sürülən fikir və təklifləri ümumiləşdirərək qeyd edir ki, tarixi zərurətdən yaranmış Yeni Azərbaycan Partiyası zamanın bütün sınaqlarından uğurla çıxmış, hesabat dövründə Nizamnamə və Proqram sənədlərindən irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir.
Qurultaylararası dövrdə partiya Azərbaycanın ictimai-siyasi həyatında yaxından və fəal iştirak etmiş, xalqın və dövlətin qarşısında duran ümdə vəzifələrin yerinə yetirilməsində öz imkanlarından səmərəli şəkildə istifadə etmişdir.
II Qurultay Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti, xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkənin inkişafı, xalqın rifahının yaxşılaşması, iqtisadiyyatın yüksəlişi naminə həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirir, Azərbaycanın tərəqqisi yolunda onun göstərdiyi əvəzsiz xidmətləri böyük minnətdarlıq hissi ilə qeyd edir.
Qurultayda deyildiyi kimi, Heydər Əliyevin Azərbaycan xalqının milli və dövlət maraqlarına cavab verən siyasəti nəticəsində partiyamız ümumxalq, ümumazərbaycan partiyasına çevrilmiş, yeni tarixi inkişaf mərhələsinə qədəm qoyan ölkəmizdə özünün proqramında irəli sürülən «Yeni, müstəqil Azərbaycan uğrunda» ideyasını faktiki olaraq gerçəkləşdirmiş və müstəqilliyimizin əbədiliyi, dönməzliyi, sarsılmazlığı təmin edilmişdir. I Qurultaydan keçən müddət ərzində partiyanın üzvlərinin sayının 70.000 nəfər artaraq, hazırda 230 min nəfərə çatması faktı II qurultay tərəfindən müsbət qiymətləndirilmişdir.
Qurultayda səslənən çıxışlardan bir daha aydın olmuşdur ki, hər bir soydaşımızın dinj, firəvan həyatının təmin edilməsi, hüquq və azadlıqlarının qorunması, xalqın maddi rifahının yükslməsi, qərarlaşmış ictimai-siyasi və maliyyə-iqtisadi sabitliyin qorunub saxlanması ölkə rəhbərliyinin həyata keçirdiyi davamlı siyasətin məntiqi nəticəsidir.
Partiyanın II Qurultayı nəzərə çatdırır ki, vətənimizin və xalqımızın mənafeyinin qorunması, ölkənin milli və iqtisadi təhlükəsizliyinin təmin edilməsi, vətəndaş sülhünün bərqərar olması, keçid dövrünün ağrılı problemlərinin aradan qaldırılması, demokratik dövlət quruculuğu təsisatlarının formalaşması, islahatların dərinləşməsi iqtidarın yürütdüyü siyasətin tərkib hissəsi, ana xətti olmuşdur. Qurultay Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində görülən işlərin, beynəlxalq təşkilatlarda bu yöndə aparılan müzakirələrin və onların nəticələrinin Azərbaycanın milli maraqlarına cavab verdiyini bir daha qeyd edərək, xalqımızın üzləşdiyi bu problemin Prezident Heydər Əliyev tərəfindən aradan qaldırılajağına əminliyini ifadə edir. Qurultay iqtidarın həyata keçirdiyi məqsədyönlü xarici siyasət xəttinin əməli nəticə verdiyini qeyd etməklə, vaxtı ilə Azərbaycana qarşı ədalətsiz olaraq ABŞ Konqresində qəbul edilmiş 907-ci düzəlişin bu günlərdə aradan qaldırılmasını Heydər Əliyev diplomatiyasının növbəti uğuru sayır.
Prezident Heydər Əliyevin yaradıcı əməyinin məhsulu olan neft strategiyası iqtisadi səmərə ilə bərabər, həm də Şərq və Qərbin qovşağında yerləşən ölkəmizin müstəqil dövlət kimi mövqeyini daha da möhkəmləndirmiş, Azərbaycanı dünya birliyinin tərkib hissəsinə çevirmişdir.
Azərbaycanın Avropa Şurasına qəbul edilməsi ölkəmizin beynəlxalq əlaqələrini möhkəmləndirmiş, qlobal siyasi proseslərdə yaxından iştirakı üçün daha geniş şərait yaratmış, dünya birliyinə inteqrasiyasının genişlənməsinə, müstəqil Azərbaycanın nüfuzunun daha da artmasına təkan vermişdir. Avropa Şurası Parlament Assambleyasının sessiyalarında partiyanın sədr müavini İlham Əliyevin başçılığı ilə Azərbaycan nümayəndə heyətinin geniş və çoxşaxəli fəaliyyətini partiyanın hər bir üzvü, hər bir azərbaycanlı yüksək dəyərləndirir, bu uğurlara sevinir.
2000-ci ildə Milli Məclisə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının parlaq və inamlı qələbəsini qurultaylararası dövrün ən böyük siyasi hadisəsi kimi qiymətləndirən II Qurultay, bu qələbənin əldə edilməsini Yeni Azərbaycan Partiyasının sədri, cənab Heydər Əliyevin həyata keçirdiyi siyasətin xalq tərəfindən böyük dəstək qazanması və müdafiə olunmasının nəticəsi hesab etməklə, eyni zamanda bu yöndə uğurların qazanılmasında Yeni Azərbaycan Partiyasının Sədr müavini, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı hörmətli İlham Əliyevin partiyanın proporsional siyahısına başçılıq etməsi və seçki kampaniyası gedişində onun geniş və səmərəli fəaliyyəti ilə bilavasitə əlaqədar olduğunu vurğulayır. Parlament seçkiləri kampaniyası gedişində yüz minlərlə seçici qarşısında İlham Əliyevin qətiyyətli, məntiqli, praqmatik çıxışları xalqa onu Heydər Əliyev siyasətinin layiqli davamçısı kimi daha yaxından tanıtmışdır.
Yeni Azərbaycan Partiyası indiyədək ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində iştirak edərək xalqın böyük dəstəyini qazanmışdır. Qurultaydakı çıxışlarda belə bir inamlı fikir vurğulanmışdır ki, 2003-cü ildə keçiriləcək prezident seçkilərində xalqımız müstəqil dövlətimizin banisi və qurucusu, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti görmək istəyini ifadə edəjəkdir. Həmin seçkilərə yüksək səviyyədə hazırlaşmaq, Heydər Əliyev siyasi xəttinin xalqın bu gününün və gələcəyinin ən etibarlı təminatçısı olduğunu bir daha nümayiş etdirmək qurultayımızın partiya qarşısında müəyyənləşdirdiyi mühüm vəzifələrdən biridir.
Yeni Azərbaycan Partiyasının Qurultayı partiyanın Siyasi Şurasının, İdarə Heyətinin və İcra Katibliyinin hesabat dövründəki fəaliyyətini hərtərəfli şəkildə təhlil edərək və yeni dövr üçün qarşıda duran başlıca vəzifələri müəyyənləşdirərək qərara alır:
- Hesabat dövründə partiyanın Siyasi Şurasının və İdarə Heyətinin fəaliyyəti qənaətbəxş hesab edilsin;
- Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, Yeni Azərbaycan Partiyasının Sədri cənab Heydər Əliyevin müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, onu bölgənin və dünyanın ən güclü, qüdrətli və zəngin dövlətləri sırasına çıxarmaq məqsədi daşıyan siyasəti bəyənilsin, partiyanın hər bir üzvü bu siyasətin yerinə yetirilməsi işinə səfərbər edilsin;
- Hazırki siyasi kursun davamlı olaraq həyata keçirilməsini təmin etmək, habelə xalqın ümumi istək və iradəsini ifadə edərək və ümumxalq mənafelərini rəhbər tutaraq 2003-cü ildə keçiriləcək Prezident seçkisində Heydər Əliyev növbəti dəfə Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmağa layiq olan yeganə namizəd kimi irəli sürülsün;
- Partiyanın qarşadın gələn müddətdə fəaliyyətində 2003-cü ilin Prezident seçkinə hazırlıq başlıca vəzifə kimi müəyyənləşdirilsin, seçkinin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün konseptual xarakterli, təşkilati və ideya-təbliğat tədbirləri işlənib hazırlansın;
- Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyev tərəfindən həyata keçirilən daxili və xarici siyasətin, sosial-iqtisadi islahatların, bütün bu sahədə əldə edilmiş uğurların məzmun və mahiyyəti xalqın geniş təbəqələrinə əsaslı və hərtərəfli şəkildə izah edilsin və bu istiqamətdə təbliğati işlər daha da gücləndirilsin;
- İdeoloji işin forma və metodlarının daim təkmilləşdirilməsi, bu işin cəmiyyətin tələblərinə, müstəqil, demokratik, dünyəvi və hüquqi dövlət quruculuğunun artan vəzifələrinə uyğun gələn, keyfiyyətjə yeni səviyyəyə qaldırılması əsas vəzifələrdən biri sayılsın;
- Kütləvi İnformasiya Vasitələrində partiyanın fəaliyyətinin daha geniş formada işıqlandırılmasına və mətbuatda iqtidarın siyasi xəttinin təbliğinə diqqət artırılsın;
- Ümummilli və ümumdövlət maraqlarını hər şeydən üstün tutan iqtidarın fəaliyyətinə kölgə salmağa cəhd göstərən, Azərbaycanın nüfuzuna zərbə vuran, xalqın milli birliyinə mane olan dağıdıcı müxalifətin məkrli niyyətlərini və bəd əməllərini ifşa etmək üçün media və televiziyanın imkanlarından daha geniş istifadə olunsun; destruktiv dairələrə qarşı mübarizə hücumçu formada və ardıcıl olaraq aparılsın;
- Toplanmış təcrübədən istifadə olunmaqla, istər partiya üzvlərinin, istərsə də ümumilikdə vətəndaşların milli-mənəvi dəyərlər zəminində formalaşması işinin daha da yaxşılaşdırılması təmin edilsin; respublikamızda təşəkkül tapmış mənəvi tərbiyə sisteminin bütün imkanlarından bacarıqla istifadə edilsin, milli-mənəvi dəyərlərimizə zidd olan bütün təzahürlərə qarşı partiya təşkilatlarının mübarizəsinin gücləndirilməsi təmin edilsin;
- İqtidarın siyasətini müdafiə edən ictimai-siyasi təşkilatlar və onları özündə birləşdirən qurumlarla əlaqələr daha yüksək səviyyəyə qaldırılsın;
- Cəmiyyətin müxtəlif təbəqələrinin ən fəal nümayəndələrinin partiyaya qəbulu hesabına sıralarımızın daha da genişləndirilməsi xəttini davam etdirməklə yanaşı partiyaya üzvlərin qəbulunda tələbkarlıq daha da gücləndirilsin, kampaniyaçılıq və formalizm qəti şəkildə aradan qaldırılsın, təşkilatlarda tənqid və özünütənqid mühiti bundan sonra da gücləndirilsin;
- İlk təşkilatların fəaliyyəti daim diqqət mərkəzində saxlanılsın, onların yuxarı partiya orqanları ilə əlaqələri genişləndirilsin. Rayon (şəhər) ilk təşkilatları fəallarının mütəmadi olaraq ümumrespublika treninqlərində partiya işinin təkmilləşdirilməsi üçün təcrübə keçməsi təşkil olunsun, partiya maarifçilik işi gücləndirilsin;
- Mərkəzi Nəzarət - Təftiş Komissiyası bütün partiya üzvlərinin Nizamnamə tələblərinə ciddi əməl etməsinə nəzarəti daha da gücləndirsin, qəbul olunmuş qərarlara müvafiq olaraq vaxtaşırı tədbirlər keçirsin;
- Partiyanın maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, rayon (şəhər) təşkilatlarının qərargahlarının müasir avadanlıq və vəsaitlə təmin olunması istiqamətində görülmüş işlər davam etdirilsin;
- Gənclərlə işin daha da təkmilləşdirilməsi, Heydər Əliyev siyasi məktəbinin layiqli davamçılarının hazırlanması məqsədi ilə Heydər Əliyev məktəbinin fəaliyyəti gücləndirilsin. Şəhər və rayon təşkilatlarının Qadınlar Şuralarının fəaliyyətinin təkmilləşdirilməsinə diqqət artırılsın;
- Prezident Heydər Əliyevin qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşması ilə əlaqədar qəbul etdiyi qərarlar, sərəncam və fərmanlardan irəli gələn vəzifələri həyata keçirmək üçün onların problemlərini öyrənmək, yardım göstərmək məqsədilə çadır şəhərciklərində və yataqxanalarda məskunlaşan, ağır vəziyyətdə yaşayan soydaşlarımızla görüşlər bundan sonra da ardıcıl olaraq davam etdirilsin;
- Partiyanın ləyaqətli üzvlərinin, o cümlədən qadınların və gənclərin irəli çəkilməsinə, öz bacarıq və imkanlarına uyğun cəmiyyətdə yer tapmasına qayğı və diqqət daha da artırılsın;
- Partiyanın beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyət gücləndirilsin, müxtəlif beynəlxalq institut və fondlarla əməkdaşlıq daha da inkişaf etdirilsin, birgə tədbirlərin keçirilməsi təşkil olunsun; xarici ölkələrdə məskunlaşmış həmvətənlərimizlə əlaqələrin daha sıx şəkildə qurulması yönündəfəaliyyət gücləndirilsin;
- Qurultayın materiallarının öyrənilməsi, ictimaiyyətə daha geniş şəkildə çatdırılması və təbliği Siyasi Şura, İdarə Heyəti və İcra katibliyi qarşısında bir vəzifə olaraq qoyulsun;
- Yeni Azərbaycan Partiyasının on illiyinə hazırlıqla əlaqədar tədbirlər planı hazırlansın, partiyanın keçdiyi şərəfli yola həsr olunmuş kitab, broşüra və digər poliqrafiya vəsaitlərinin dərc olunması təşkil edilsin.