YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

2008-ci ildə keçirilmiş prezident seçkilərində 87,34 faiz səslə İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

2008-ci ildə keçirilmiş prezident seçkiləri Azərbaycan Respublikasının Prezidenti postuna keçirilən 6-cı rəsmi seçkilər olmuşdur.  Seçkilər 15 oktyabr 2008-ci ildə keçirilmişdir. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 75.64%-i (3,700,634 vətəndaş) iştirak etmişdir. Keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi, partiyanın Sədri İlham Əliyev olmuşdur. Yerli və xarici müşahidəçilərin iştirakı ilə keçirilən demokratik seçkilərdə cənab İlham Əliyev seçicilərin 87.34% faiz səsini alaraq ikinci müddətə prezident səlahiyyətlərinin icrasına başlamışdır. Keçirilən seçkilərin nəticələri xarici ekspertlərin, “exit-poll” keçirən təşkilatların proqnozları ilə üst-üstə düşmüşdür. Seçkiləri izləyən müxtəlif beynəlxalq təşkilatların, dövlətlərin müşahidə missiyalarının rəylərində bu fikir xüsusi qeyd olunmuşdur ki, 15 oktyabr prezident seçkiləri Azərbaycanda demokratik islahatların təntənəsidir. Xalqın iradəsini əks etdirən seçkilər cənab İlham Əliyevə olan inamı, etimadı bir daha nümayiş etdirmişdir.

Ümumiyyətlə, seçkilərdə  Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin dəstəyini alaraq möhtəşəm və inamlı qələbə qazanması, Azərbaycanın əldə etdiyi yüksək iqtisadi inkişafla, əhalinin sosial rifah halının yaxşılaşması ilə birbaşa bağlı olmuşdur. Yeni Azərbaycan Partiyası da bu seçkilərdə öz üzərinə düşən vəzifənin öhdəsindən çox qısa zamanda və yüksək keyfiyyətlə gələrək uğurlu seçki kampaniyası aparmışdır.