YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Dövlətimiz milli-mənəvi dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün böyük səylər göstərir

«Bu gün dövlətimiz milli-mənəvi dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün böyük səylər göstərir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət ailə siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir». Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

 H.Hüseynova bildirib ki, Azərbaycan Prezidentinin ailələrin inkişafı və sosial vəziyyətlərinin daha da yaxşılaşdırılması istiqamətində imzaladığı müvafiq fərman və sərəncamlar, təsdiq etdiyi proqramlar bu sahəyə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Onun sözlərinə görə, insan təhsil aldığı məktəblə, çalışdığı kollektivlə yanası, böyüyüb boya-başa çatdığı ailədə formalaşır.

«Belə ki, onun sosial mühiti ailədir. Cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusunu, qayda-qanun və prinsipləri gözləməyə borcludur. Çünki ailə olmasa, cəmiyyət də inkişaf edə bilməz»- deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.