YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Arif Rəhimzadə: Gənclərin partiyamıza axını çox sevindiricidir

«Gənclərin partiyamıza axını çox sevindiricidir. Mən bu faktı  yüksək qiymətləndirirəm. Hər bir cəmiyyətin, dövlətin, eləcə də siyasi partiyanın gələcəyi möhkəm təməllər üzərində qurulmasından çox asılıdır. Təbii ki, burada yüksək intellektli gəncliyin imkanlarından istifadə olunması da vacib şərtdir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə deyib.

A.Rəhimzadə bildirib ki, hazırda YAP sıralarında gənclərin təmsilçiyi 40 faizə qədərdir. Əlbəttə ki, bizim gələcəyimiz də bu yeni nəsil ilə əlaqədardır. Onun sözlərinə görə, yaşlı nəsillə gənc nəsil arasında rabitə olmasa, partiyanın gələcəyi müəmmalı olardı. Amma partiyamızda bütün bu işlər dəqiqliklə nəzərə alınır və düzgün qurulub. Bu baxımdan, partiyamızın fəaliyyəti  təqdirəlayiqdir.

«YAP gəncliyin inkişafına xüsüsi diqqət yetirir və onların bilik və bacarıqlarını ifadə etmək üçün hər cür şərait yaradır. Məhz bu səbəbdəndir ki, Azərbaycanın gəncliyi öz siyasi taleyini partiyamızla bağlayaraq sıralarımıza qoşulurlar»- deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.