YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransadakı Azərbaycan diasporu Parisdə törədilən terror aktlarını pisləyən bəyanat yayıb

Fransadakı Azərbaycan diasporu Parisdə baş vermiş terror aktlarını pisləyən bəyanatla çıxış edib. Paris Azərbaycan Evinin yaydığı bəyanatda bildirilir ki, Fransadakı Azərbaycan icması noyabrın 13-də Paris sakinlərinə qarşı törədilmiş terror aktını pisləyir və bu hərəkəti insanlığa zidd hərəkət kimi qiymətləndirir.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, hadisə nəticəsində həlak olanların ailəsinə başsağlığı verən və onların ağrı-acısını bölüşən Azərbaycan icması insanların dini inanclarına hörmətlə yanaşmağa, tolerantlıq nümayiş etdirməyə və terrora, aqressiyaya qarşı mübarizədə birləşməyə çağırışlar edib.

Sənəddə, həmçinin bu dəhşətli cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsi tələb olunur.

Bəyanat Fransa parlamentinə, Yelisey sarayına və yerli mətbuata göndərilib.