YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Antalyada ali qonaqların şərəfinə nahar verilib

Noyabrın 14-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın adından “Böyük İyirmiliyin” (G20) Antalya şəhərində keçirilən Sammitində iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin və onların xanımlarının şərəfinə nahar verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva naharda iştirak ediblər.

Nahardan sonra ənənəvi türk əl sənətləri olan ebru və şüşə işləmələrindən nümunələr nümayiş etdirildi.

Sərgini izləyən dövlət başçılarına, beynəlxalq təşkilatların nümayəndələrinə və onların xanımlarına bu sənətlər barədə məlumat verildi. Bildirildi ki, ebru ənənəvi türk təsviri sənəti növüdür. Təsvir əvvəlcə xüsusi boyalarla su səthində çəkilir, sonra kağıza hopdurulur. 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ebrulardan birinin hazırlanması prosesində iştirak etdi.

 

DİGƏR Xəbərlər Arxiv