YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransada terror aktları nəticəsində ölən və xəsarət alanlar içərisində Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır

Xarici İşlər Nazirliyinin (XİN) təlimatı əsasında Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə törədilmiş terror hücumları nəticəsində həlak olan və ya xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini araşdırır. Bu istiqamətdə Fransanın xarici siyasət idarəsi və digər müvafiq dövlət qurumları ilə təmasda olaraq iş aparılır.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarına bu ölkədə elan edilmiş fövqəladə vəziyyət rejiminin tələblərinə riayət etmələri, kütləvi yerlərdən kənar durmaları tövsiyə olunur.

 

DİGƏR Xəbərlər Arxiv