YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması” üzrə beynəlxalq konfrans keçiriləcək

Noyabrın 13-də Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması” üzrə beynəlxalq konfrans keçiriləcək. Bununla əlaqədar BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT-nin baş katibinin müavini Babatunde Osotimehinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdədir.

BMT-nin baş katibinin müavini Babatunde Osotimehi səfər çərçivəsində noyabrın 12-də Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə görüşüb.

B.Osotimehin Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafında ölkə rəhbərliyinin rolunu yüksək qiymətləndirib. O, qadınların hüquqlarının önə çəkilməsi, onların tibbi və sosial xidmətlərdən istifadə imkanlarının yaxşılaşdırılması, gender zorakılığının aradan qaldırılması məsələlərinin qlobal səviyyədə və beynəlxalq forumlarda Azərbaycan rəhbərliyi tərəfindən dəstəklənməsinin əhəmiyyətini qeyd edib.