YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsa Həbibbəyli: Ölkəmizdə elmin davamlı inkişafı təmin edilib

«Azərbaycanda elmi tədqiqatların yüksək səviyyədə aparılması, elmi müəssisələrin işinin səmərəliliyinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə yaradılmış Azərbaycan Milli Elmlər Akademiyası 70 il ərzində tarixi yol keçib». Bu fikirləri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli bildirib ki, ötən dövr ərzində AMEA böyük inkişaf yolu keçib. Onun sözlərinə görə, dövlət elmin inkişafına daim yüksək qayğı göstərir.

«Ulu öndər Heydər Əliyev 2001-ci ildə Azərbaycan Elmlər Akademiyasına “Azərbaycan Milli Elmlər Akademiyası” statusu verilməsi haqqında tarixi Fərman imzalayıb. Həmçinin, bu istiqamətdə digər qərarlar AMEA-nın hərtərəfli inkişafı üçün hüquqi zəmin yaradıb. Bütün bunların nəticəsində akademiyanın fəaliyyət dairəsinin genişlənib, elmin davamlı inkişafı təmin edilib»- deyə, akademik vurğulayıb.