YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibkarlıq fəaliyyəti üzrə 20-dən artıq lisenziya təqdim edilib

İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən sahibkarlıq fəaliyyəti üzrə 20-dən artıq lisenziya təqdim edilib.

Bunu AZƏRTAC-a nazirliyin şöbə müdiri Elçin İbrahimov bildirib.

Onun sözlərinə görə, noyabrın 2-dən lisenziyalarının müddəti bitmiş fəaliyyət növləri üzrə sənədlərin qəbuluna başlanılıb.

Qeyd olunub ki, ölkədə lisenziyaların verilməsi bilavasitə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilməyə başlanılıb. Bu proses yalnız Bakı şəhərini deyil, bütün regionları əhatə edir, 80-dən artıq ərizə qəbul edilib. Bu istiqamətdə də lisenziyalar hazırlanır.

Bundan əlavə, lisenziyaların sayının minimuma endirilməsi ilə əlaqədar nazirlik tərəfindən konkret işlər aparılır. Siyahı təsdiq edildikdən sonra isə yeni lisenziyalar veriləcək.