YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Döyüş helikopterlərinin uçuş-taktiki təlimləri keçirilib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun bilavasitə rəhbərliyi ilə Hərbi Hava Qüvvələri döyüş helikopterlərinin uçuş-taktiki təlimləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov təlimləri izləyib.

Təlimlərdə hərbi pilotlar şərti düşmənin müxtəlif obyektlərinin, hərəkət edən və hərəkətsiz zirehli texnikasının, o cümlədən digər hədəflərin aşkarlanması və müəyyən edilməsi üzrə normativ tapşırıqları yerinə yetiriblər.

Eyni zamanda, aviasiya texnikasının ehtiyat və əməliyyat aerodromlarına yerdəyişməsi üzrə yerüstü xidmətlərin hazırlıq fəaliyyəti də yoxlanılıb.

Sonra idarə olunan aviasiya raketlərinin tətbiqi ilə müxtəlif hədəflərin məhv edilməsi yerinə yetirilib.

Müdafiə naziri tərəfindən verilən tapşırıqlar helikopterlərin ekipajları tərəfindən uğurla icra olunub. Döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib.