YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövnəq Abdullayev: İlin sonunadək TANAP-ın 50 kilometrə yaxın hissəsində aparılan qaynaq işləri tamamlanacaq

Bu ilin sonunadək Trans-Anadolu qaz boru kəmərinin – TANAP 50 kilometrə yaxın hissəsində aparılan qaynaq işləri tamamlanacaq.

Bu barədə jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev məlumat verib. R.Abdullayev qeyd edib ki, artıq boru kəmərinin bütün sahələrdə qaynaq işləri aparılır. Yolun hazırlanması başa çatıb. Bütün işlər plana uyğun aparılır. Kəmər 2018-ci ilin birinci yarısında ilk qazın qəbuluna hazır olacaq.