YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB-nin qərargahında XİN-lərarası məsləhətləşmələr aparılacaq

Noyabrın 12-də Belarusun paytaxtında, MDB-nin qərargahında Birlik ölkələrinin xarici işlər nazirlikləri səviyyəsində “MDB iştirakçıları olan ölkələrin ATƏT-də əməkdaşlığı haqqında” mövzusunda məsləhətləşmələr aparılacaq.

Noyabrın 13-də yenə MDB-nin qərargahında Birlik ölkələrinin xarici siyasət idarələrinin “MDB iştirakçıları olan dövlətlərin Avropa İttifaqı və NATO ilə Avropada təhlükəsizlik məsələləri üzrə qarşılıqlı fəaliyyəti haqqında” mövzusunda məsləhətləşmələr keçiriləcək.