YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiyalı deputat: Xəzərin zəngin ehtiyatlarının qorunub saxlanması yollarını tapmaq vacibdir

Xəzər enerji və bioehtiyatlarla zəngin olan mühüm regiondur. İnsanlar Xəzərin ətrafında min illərdir yaşayırlar və bu gün biz yekdil fikrə gəldik ki, birləşmək və oradakı olduqca zəngin təbii ehtiyatlardan səmərəli istifadə etmək lazımdır.

Bu fikri Rusiya Federasiyası Dövlət Dumasının milli məsələlər komitəsinin sədri Hacımet Səfərəliyev AZƏRTAC-a müsahibəsində səsləndirib.

O deyib ki, biz, eyni zamanda, vaxtilə bir dövlətin tərkibində yaşayarkən mövcud olan münasibətləri mütləq inkişaf etdirməliyik. Bu gün Rusiyanın Xəzəryanı dövlətlər arasında Qazaxıstan və Azərbaycan kimi mühüm tərəfdaşları var.

H.Səfərəliyev deyib: “Bu baxımdan, Xəzərin problemlərini, enerji resurslarından səmərəli istifadə olunması, bu nadir bioregionun qorunub saxlanması yollarını müzakirə etmək vacibdir. “Xəzər paradiqması/ŞƏT enerji forumu” adlanan bu beynəlxalq konfrans fikir mübadiləsi baxımından çox əhəmiyyətlidir”.

Müsahibimizin fikrincə, Aktau forumu regionda dostluq və əməkdaşlıq siyasətinin davam edilməsinə töhfə verəcək.