YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan-ABŞ işgüzar görüşü keçiriləcək

Amerika Birləşmiş Ştatlarının  iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində noyabrın 19-da Bakıda Azərbaycan-ABŞ işgüzar görüşü keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO)  bildiriblər ki, tədbirə tikinti, energetika, İKT, kimya, qida sənayesi, təhsil, mühəndislik, yanğınsöndürmə texnologiyaları, tibbi avadanlıqların istehsalı, əczaçılıq, aviasiya, nəqliyyat, inşaat üçün maşın və texnologiyalar, kosmetik və yuyucu məhsulların istehsalı və digər sahələrdə fəaliyyət göstərən 15 ABŞ şirkətinin qatılacağı gözlənilir.

Qeyd edək ki, işgüzar görüş İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə baş tutacaq.