YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin sədri Oqtay Əsədov Ukraynanın yeni seçilmiş Prezidentinin andiçmə mərasimində iştirak edəcəkdir

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Ukraynanın paytaxtı Kiyevdə səfərdə olacaqdır.

Milli Məclisin mətbuat xidmətindən bildirilmişdir ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Çingiz Əsədullayev və digər rəsmi şəxslər daxildir.

Səfər zamanı Milli Məclisin sədri Ukraynanın yeni seçilmiş Prezidentinin andiçmə mərasimində iştirak edəcəkdir. Oqtay Əsədovun tədbirə qatılacaq nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri də nəzərdə tutulmuşdur.

Səfər iyunun 7-də başa çatacaqdır.