YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda illik Xəzər texniki konfransı və sərgisi işə başlayıb

Noyabrın 4-də Bakıda illik Xəzər texniki konfransı və sərgisi işə başlayıb. 

Neft və Qaz Mühəndisləri Cəmiyyətinin (SPE) təşkilatçılığı ilə keçirilən və üç panel sessiyadan ibarət olan konfransda Xəzər regionunun neft-qaz sahəsinin aktual məsələləri, problemləri və imkanları müzakirə edilir.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə ölkəmizin neft-qaz sənayesinin inkişafından və bu sahədə qazanılan nailiyyətlərdən söhbət açıb.

Energetika nazirinin müavini Natiq Abbasov Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin Azərbaycana qazandırdığı uğurlardan danışıb, ölkəmizin Şərqlə Qərb arasında enerji dəhlizi rolunu oynadığını vurğulayıb. Nazir müavini XXI əsrin layihəsi adlandırılan “Cənub” qaz dəhlizinin və TANAP, TAP boru kəmərləri ilə Avropaya nəql ediləcək Azərbaycan qazının qitə üçün əhəmiyyətini qeyd edib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə ölkəmizin neft-qaz sənayesinin tarixindən, “Əsrin müqaviləsi”nin əhəmiyyətindən və bu kontraktın imzalanmasından sonra əldə olunan nailiyyətlərdən bəhs edib. Birinci vitse-prezident artıq dünyada qaz ölkəsi kimi tanınan Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynadığını bildirib.

Panel sessiyalarında regionun neft və qaz sahəsində çalışan rəhbər işçiləri, əməliyyat şirkətlərinin, servis təşkilatlarının, konsaltinq firmalarının və tədqiqat mərkəzlərinin təmsilçiləri, o cümlədən SOCAR, bp, “ExxonMobil”, “Schlumberger”, “Total” və TANAP kimi şirkətlərin mütəxəssisləri iştirak edirlər.

Konfransın birinci panel sessiyası qaz yataqlarının işlənməsinə həsr olunacaq. Sessiyada Xəzər qazına olan tələbatın cari və gələcək mənbələrinə, hasilat-satış (kəşfiyyat işlərindən başlayaraq hasil edilmiş məhsulun satışınadək) silsiləsinin əsas iştirakçılarına, bu iştirakçıların üzləşdiyi texniki və kommersiya problemlərinə baxılacaq. Həmçinin irimiqyaslı neft və qaz layihələri, onlarla bağlı müxtəlif risklər, o cümlədən texniki risklər, layihələrin icrası, öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı risklər əsas müzakirə mövzusu olacaq. Müzakirələr layihələrin erkən mərhələlərində yaranan bir sıra ən vacib məsələlərin təhlilinə imkan yaradacaq.

Risklərin tanınması və yumşaldılması isə ikinci panel sessiyada müzakirə olunacaq. Bu sessiyada bir sıra vacib məsələlərə, o cümlədən səmərəli idarəetmə sisteminin işlənib hazırlanmasına, layihələrin uğuruna yönəlmiş insan dinamikasına aid məsələlərin həllinə, layihənin icrası boyu risklərin tanınması və yumşaldılması ilə bağlı problemlərin həllində kritik təfəkkürə malik olan layihə qruplarının yaradılması nəzərdən keçiriləcək.

Son panel sessiyasında beynəlxalq təşkilatların, milli şirkətlərin və hökumət orqanlarının yerli potensialın və texniki təcrübənin yaradılması istiqamətində əməkdaşlıq məsələləri ilk mənbələrdən dinlənib müzakirə ediləcək.

Konfrans və sərginin təşkilatçıları SOCAR və bp şirkətidir.