YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“The London Post”: Ermənistan liderləri əməllərinə görə mühakimə olunmalıdır

Britaniyanın “The London Post” xəbər portalında “Ermənistan liderləri insanlığa qarşı törətdikləri cinayətlər və soyqırımlara görə mühakimə olunmalıdır” sərlövhəli məqalə dərc edilib.

Məqalənin müəllifi, yazıçı, analitik Şahid Qureyşi BMT-nin son zamanlar dünyadakı münaqişələri həll etməkdə yetərsiz qaldığına diqqət çəkir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal edilmiş ərazilərini qeyd-şərtsiz tərk etməsi haqqında qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyi nümunə göstərilir.

Ölkəmiz haqqında təəssüratlarına məqaləsində yer verən yazıçı, azərbaycanlıların sülhsevər insanlar olduğunu, lakin ermənilər tərəfindən edilən vəhşiliklərin qəbuledilməzliyini də diqqətə çatdırıb.

AZƏRTAC-ın Böyük Britaniyadakı xüsusi müxbiri Orxan İsmayılovun həmin portalda “Dağlıq Qarabağ: Biz münaqişəni həll edə bilərikmi?” sərlövhəli analitik məqaləsinə istinad edən müəllif, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti, başlanma səbəbi, hazırkı vəziyyəti, tərəflərin mövqeyi və problemin həlli yolları haqqında məlumat verir. Qeyd edilir ki, 30 ilə yaxındır Ermənistan-Azərbaycan münasibətləri Dağlıq Qarabağ münaqişəsinə görə korlanıb və Ermənistanın işğalçılıq siyasətinə görə iki ölkə arasında düşmənçilik və müharibə şəraiti yaranıb. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir və hazırda ətraf yeddi rayon ilə birgə Ermənistanın işğalı altındadır.

Yazıda diqqətə çatdırılır ki, bu münaqişə bundan sonra Beynəlxalq Cinayət Məhkəməsi, Beynəlxalq Ədalət Məhkəməsi və Avropa Məhkəməsi səviyyəsinə qaldırılmalıdır. Ermənistan liderləri beynəlxalq səviyyəli cinayətlərinə görə ciddi şəkildə mühakimə olunmalıdır.