YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İCAPP-ın Azərbaycandakı parlament seçkilərini müşahidə missiyasının bəyanatı

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının dəvəti ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsi 1 noyabr 2015-ci il tarixində Azərbaycandakı parlament seçkilərini müşahidə etmək üçün müşahidə missiyası göndərib. Missiya İCAPP Daimi Komitəsinin Banqladeş, Kamboca, Hindistan, Koreya Respublikası, Pakistan və Filippini təmsil edən üzvlərindən təşkil olunub.

Seçki günündə İCAPP missiyası dörd qrup halında  gün ərzində bir neçə seçki məntəqəsinə baş çəkdi, səsverməni müşahidə etdi, seçicilərlə, müxtəlif namizədləri təmsil edən seçki müşahidəçiləri ilə və Mərkəzi Seçki Komissiyasının rəsmiləri ilə ünsiyyətdə oldu. Onlar həmçinin, bir neçə seçki məntəqəsində səslərin sayılmasını müşahidə etdilər.

İCAPP missiyası, həmçinin, Azərbaycandakı digər beynəlxalq müşahidəçilər və xarici diplomatlarla seçkilər prosesi ilə bağlı fikir və təəssürat mübadiləsi aparmaq imkanı əldə etdi.

Əlaqələrin məhdud olmasına baxmayaraq, bütövlükdə seçki mühiti sabit və nizamlı idi. Müşahidə heyəti demokratik prosesə, yaxud seçkinin nəticələrinə mənfi təsir göstərə biləcək hər hansı insidentlə rastlaşmadı. Müşahidə missiyasının xüsusi marağına səbəb olan məqam bütün seçki məntəqələrində yeni onlayn vebkamera müşahidə sisteminin olması idi ki, bu da bütün prosesin şəffaflığını təmin edirdi.

Missiyanın təmsil etdiyi ölkələr kimi, formalaşmaqda olan demokratiya olaraq, bir sıra məqamlar Azərbaycanda demokratik təsisatın gələcəkdə daha səmərəli olması üçün daha çox səy göstərməyi, məsələn, kütləvi media vasitəsilə namizədlər arasında ictimai debatlar üçün daha çox imkanların yaradılması və namizədlər və onların platformaları barədə məlumatları seçicilərin daha asan əldə etməsinə çalışılmasını tələb edir. 

İCAPP müşahidə missiyası Azərbaycan xalqının etdiyi seçimlərin onun özünün gələcəyi üçün düzgün seçim olduğuna inanaraq ümid edir ki, builki parlament seçkilərinin nəticələri Azərbaycanda daha yetkin demokratiyaya nail olmaq üçün daha möhkəm təməl olacaq.