YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə mediası Yeni Azərbaycan Partiyasının seçki zəfərindən yazır

Türkiyədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qazandığı inamlı qələbədən yazır.

Anadolu Agentliyi, CİHAN xəbər agentliyi, “Hürriyyət” qəzeti, TRT HABER, TRT türk televiziya kanalları da daxil olmaqla, Türkiyə mediası Prezident İlham Əliyevin səsvermədə iştirakı, habelə yüksək seçici fəallığı barədə geniş məlumatlar yayıb. Məlumatlarda dövlətimizin başçısının ailə üzvlərinin, o cümlədən oğlu Heydər Əliyevin ilk dəfə səs verməsinə də geniş yer ayrılıb.

Qardaş ölkənin KİV-ləri Azərbaycanda həyata keçirilən seçki islahatlarına, Mərkəzi Seçki Komissiyasının uğurlu fəaliyyətinə, deputatlığa namizədlər üçün yaradılan bərabər şəraitə, Milli Məclisin yeni tərkibinə böyük diqqət göstərib.

Azərbaycan və Türkiyədə eyni gündə parlament seçkilərinin keçirilməsi dünya ictimaiyyətinə demokratiyanın nümayişi kimi təqdim olunub.