YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropalı deputatlar Azərbaycanda seçkilərin gedişindən razı qalıblar

Avropa milli parlamentlərinin nümayəndələrindən ibarət Seçki Monitorinq Qrupunun yaydığı bəyanatda bildirilir ki, Azərbaycanda noyabrın 1-də Milli Məclisə keçirilən seçkilər beynəlxalq standartlara cavab verir.

Noyabrın 2-də qrup üzvlərinin keçirdikləri mətbuat konfransında qeyd edilib ki, monitorinq missiyası oktyabrın 29-da Azərbaycana gəlib və seçkilərə hazırlıq prosesini öyrənib. Diqqətə çatdırılıb ki, Seçki Monitorinq Qrupu Avropa Parlamenti və ATƏT Parlament Assambleyası kimi beynəlxalq parlament təşkilatlarının Azərbaycanda seçkilərin müşahidəsi üçün nümayəndə heyəti göndərməməsinə təəssüflənir.

Bildirilib ki, missiya üzvləri seçki günü ölkə üzrə 20 məntəqədə müşahidə aparıb. Bu, onların müşahidə aparılmış dairələrin əksər məntəqələrində seçki prosesini izləməsinə imkan verib. Səsvermə ərzində heç bir insident baş verməyib. Yerli orqanların və ya polisin seçki prosesinə müdaxiləsi qeydə alınmayıb. Müşahidə aparılmış seçki məntəqələri yaxınlığında seçki kampaniyası və ya siyasi təşviqat aparılmayıb.

Monitorinq missiyası belə nəticəyə gəlir ki, Azərbaycanda parlament seçkiləri ümumilikdə beynəlxalq tanınmış normalara müvafiq keçirilib. Monitorinq Qrupu Azərbaycanın avropalı tərəfdaşlarını, xüsusilə beynəlxalq parlament təşkilatlarını uzunmüddətli öhdəliklərini tam icra etməyə və gələcək seçki müşahidə missiyalarında fəal iştirak etməyə çağırır.

Qeyd edək ki, Seçki Monitorinq Qrupunun tərkibinə 12 Avropa ölkəsini təmsil edən 31 deputat daxildir.