YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Pərvin Kərimzadə Yeni Gəncə yaşayış massivində seçicilərlə növbəti görüşünü keçirib

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsində deputatlığa namizəd Kərimzadə Pərvin Orxan qızı Yeni Gəncə yaşayış massivində seçicilərlə növbəti görüşünü keçirib. Pərvin Kərimzadə və Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri, partiya fəalları qapı-qapı gəzərək, seçicilərin arzu və istəklərini, ehtiyaclarını öyrənib, təkliflərini dinləyiblər.

Noyabrın 1-də seçiciləri seçki məntəqələrinə dəvət edərək, Vətənimizin tərəqqisi, xalqımızın parlaq gələcəyi, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi naminə Yeni Azərbaycan Partiyasına və onun ən layiqli namizədlərinə səs verməyə dəvət ediblər.

Seçicilər yaxınları, həmkarları, dostları ilə birlikdə seçki məntəqələrinə gələrək, partiyanın namizədlərini dəstəkləyəcəklərini bəyan ediblər.