Xəbərlər
Prezident İlham Əliyev Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında Sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəki şəhərində Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, xalq şairi, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında Sərəncam imzaladı.