YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov rusiyalı jurnalistləri qəbul edib

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov parlament seçkiləri ərəfəsində ölkəmizə gəlmiş Rusiyanın aparıcı KİV nümayəndələri ilə görüşdü.

Qonaqları Yeni Azərbaycan Partiyasının qərargahında salamlamaqdan məmnunluq duyduğunu bildirən Ə.Əhmədov ölkəmizin parlament seçkiləri ərəfəsində olduğunu qeyd etdi. Bildirdi ki, ölkəmizdə demokratik seçki mühiti mövcuddur, xeyli sayda siyasi partiyalar  prosesə qatılıb ki, bunlardan  biri  ölkənin ictimai-siyasi həyatında aparıcı  rol oynayan Yeni Azərbaycan Partiyasıdır.

Ə.Əhmədov qonaqlara Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi inkişaf yolundan geniş bəhs etdi. Bildirdi ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olan Yeni Azərbaycan Partiyası son 12 ildə  Prezident İlham Əliyevin rəhbərliyi altında  inkişaf edir, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir. Hazırda  partiyanın 670 minə yaxın üzvünün olduğunu diqqətə çatdıran Ə.Əhmədov  bu statistikanı Yeni Azərbaycan Partiyasının bu gününə və gələcəyinə inamın göstəricisi kimi diqqətə çatırdı.

Ə.Əhmədov Yeni Azərbaycan Partiyasının 1 noyabr parlament seçkilərinə böyük qələbə əzmi ilə qatıldığını bildirərək,  bu inamı şərtləndirən  əsasları qeyd etdi. . Bildirdi ki, partiyanın  Sədri, ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın  qazandığı uğurlar partiyanın hər bir namizədinə təbliğat-təşviqat mərhələsini uğurla aparmağa, ən əsası Yeni Azərbaycan Partiyasının seçkilərdə qələbəsinə böyük əsas yaradır.

Ə.Əhmədov rusiyalı jurnalistləri maraqlandıran sualları cavablandırdı.

YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov görüşdə iştirak etmişdir.