YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan silahlı qüvvələri monitorinq zamanı atəşkəs rejimini pozub

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 27-də Azərbaycan Respublikasının Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində monitorinq keçirilib. Ermənistan silahlı qüvvələri monitorinq zamanı atəşkəs rejimini növbəti dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlcədən əldə olunmuş razılığa əsasən, monitorinq zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Pyer Andryö (Fransa), Ceyms Uorlik (ABŞ), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik təmas xəttini qarşı tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinə keçiblər.

Sonra həmsədrlər yerli komandanlıq və icra hakimiyyəti nümayəndələri ilə görüşərək səhra şəraitində brifinq keçiriblər.

Atəşkəs rejiminin pozulmaması barədə razılığa baxmayaraq, tədbir zamanı düşmən tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri istiqamətində avtomatik silahdan bir neçə dəfə atəş açılıb.

Həmsədrlərin dərhal müdaxiləsindən sonra atəş dayandırılıb.