YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parlament seçkiləri ilə əlaqədar səsvermə proseduru açıqlanıb

Milli Məclisə seçkilərlə əlaqədar səsvermə proseduru açıqlanıb.

Noyabrın 1-də səhər saat 7:30-da seçki məntəqələrində səsverməyə hazırlıq işlərinə başlanacaq.

Saat 7:50-də məntəqələr seçki komissiyalarının sədrləri tərəfindən açıq elan ediləcək və qutular kilidlənəcək. Məntəqə seçki komissiyalarının sədrləri saat 8:00-da səsvermənin başlanmasını, saat 19:00-da isə səs vermək üçün seçicilərin məntəqəyə daxil olmasının başa çatdığını elan edəcək.

Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və onun nəticələri barədə saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da ilkin məlumatlar veriləcək.

Səsvermənin gedişi və onun nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.