YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Seçkilər” Media Mərkəzi və Seçki-2015.az saytı fəaliyyətə başlayıb

Oktyabrın 20-dən etibarən “Seçkilər” Media Mərkəzi və Seçki -2015.az saytı fəaliyyətə başlayıb.

Mərkəzin yaradılmasında məqsəd 2015-ci il Milli Məclisə seçkilər, seçki prosesinin ayrı-ayrı mərhələləri, seçki institutlarının, müşahidə missiyalarının, exit-poll keçirən təşkilatların fəaliyyəti, namizədlər və s. haqqında Azərbaycan ictimaiyyətini, yerli və xarici jurnalistləri obyektiv və dolğun məlumatlandırmaqdır.

Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən Seçki -2015.az saytı dövlət orqanları, Mərkəzi Seçki Komissiyası, vətəndaş cəmiyyəti institutları ilə sıx əlaqələr quraraq yerli və xarici ictimaiyyətin diqqətinə seçki prosesi ilə bağlı səlahiyyətli şəxslərin və ekspertlərin rəylərini, açıqlama və bəyanatlarını təqdim edir, habelə seçki prosesinə dair bütün məsələləri geniş işıqlandırır.