YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Ağalar Vəliyevin Ağdam rayonunun Yeni İmamqulubəyli qəsəbəsində seçicilərlə görüşü keçirilib

Yeni Azərbaycan Partiyası tərəfindən 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən namizədliyi irəli sürülmüş Ağalar İsrəfil oğlu Vəliyevin Ağdam rayonunun Yeni İmamqulubəyli qəsəbəsində seçicilərlə görüşü keçirilib.

 Deputatlığa namizəd Ağalar Vəliyev seçki qərərgahı üzvüləri ilə birlikdə Ağdam rayonu Quzanlı qəsəbə mərkəzində ucaldılmış xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.

Çoxsaylı seçicilərin iştirak etdiyi görüşdə Azərbaycanın Beynəlxalq aləmdə gündən günə artan nüfuzundan, sürətlə inkişaf edən iqtisadi inkişafından, uğurlu xarici siyasət xəttindən ətraflı danışıldı.

Görüşü giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının və rayon seçki qərərgahının sədri İsgəndər Quliyev açaraq Parlament seçkiləri ərəfəsində görülən işlərdən danışdı. İsgəndər Quliyev deputatlığa namizədliyi irəli sürülmüş Ağalar Vəliyevin ötən 5 il ərzində fəaliyyəti barədə seçicilərə ətraflı məlumat verdi.

Deputatlığa namizəd Ağalar Vəliyev seçicilər qarşısında geniş çıxış etdi.

Seçicilərdən Yeni İmamqulubəyli qəsəbə sakinləri Baxşeyiş Hətəmov, Habil Abbasov, İldırım İbayev və başqaları çıxış edərək qeyd etdilər ki, 01 noyabr tarixdə yalnız Yeni Azərbaycan Partiyasının namizədi Ağalar İsrəfil oğlu Vəliyevə səs verəcəklərini bildirdilər.