YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yan Hamaçek: Çexiya Azərbaycan ilə əməkdaşlığa önəm verir

Azərbaycanın Çexiyadakı səfirliyində Çexiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri üçün qəbul təşkil edilib.

Qəbulda Çexiya parlamentinin Deputatlar Palatasının, parlamentlərarası dostluq qrupunun sədri Yan Hamaçek və digər parlamentarilər iştirak ediblər.

Səfir Fərid Şəfiyev tədbirdə çıxış edərək Çexiya-Azərbaycan münasibətlərinin müxtəlif istiqamətləri, xüsusilə inkişaf edən siyasi və iqtisadi əlaqələr, hər iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri haqqında söhbət açıb. O, noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün Çexiya qanunvericilik orqanını təmsil edən deputatlar qrupunun ölkəmizə səfər edəcəyini bildirib.

Yan Hamaçek Çexiyanın Azərbaycan ilə əməkdaşlığa önəm verdiyini deyib və bu əməkdaşlığın daha da dərinləşəcəyinə inandığını vurğulayıb.