YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əsabil Qasmov: İnanıram ki, belə firavan ölkənin vətəndaşları məhz xalqın partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər

Oktyabrın 23-də  YAP-ın 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizədi Əsabil Qasımov rayonun Yalavac, Rəsullu, Məhəmmədli və Ulubəyli kəndlərində seçicilərlə görüşlərini davam etdirdi. Deputatlığa namizədin hər bir kənddəki görüşləri həm qələbəlik şəraitində keçdi.

Görüşlərdə YAP İmişli rayon təşkilatının və partiyanın Mərkəzi Seçki Qərargahının rayon şöbəsinin sədri Səfa Ağayev çıxış edərək  bildirdi ki, İmişli camaatı Əsabil Qasımovu çox yaxşı tanıyır və onun son beş ildəki deputatlıq fəaliyyətini müsbət qiymətləndirirlər. Bizim namizədimizin rayonumuzun inkişafında özünəməxsus rolu var. Ona görə də bu seçkilərdə də imişlilərin YAP-ın namizədi Əsabil Qasımova yekdilliklə səs verəcəklərinə tam əminik.

Deputatlığa namizəd Əsabil Qasımov onunla görüşə gələn çoxsaylı seçicilərinə təşəkkür etdi. Bildirdi ki, hər bir inkişafın əsasında sabitlik dayanır. Ölkəmizdə sabitliyin mövcudluğu iqtisadi tərəqqiyə geniş yol açır. Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi,  Azərbaycanda sabitlik təmin edilir.  Xalqımız təhlükəsizlik şəraitində, rifah  içində yaşayır. Ölkədə vətəndaş birliyi, həmrəyliyi möhkəmlənir və bütün xalq bir amal uğrunda birləşib- Azərbaycanı gücləndirmək, ölkədə sabitliyi daha da möhkəmləndirmək və sosial-iqtisadi inkişafı davam etdirmək.
Görüşlərdə çıxış edən seçicilər- kənd ağsaqqalları, ziyalılar və gənclər yekdilliklə deputatlığa namizəd Əsabil Qasımova  səs verəcəklərini bildirdilər.