Xəbərlər
YAP-ın deputatlığa namizədi Sahibə Qafarova Şəmkir rayonu Atabəy və Hacıalılar kəndlərində seçicilərlə görüşüb

Yeni Azərbaycan Partiyasının 98 saylı Şəmkir şəhər Seçki Dairəsindən deputatlığa namizədi Qafarova Sahibə Əli qızı təbliğat-təşviqat kampaniyası çərçivəsində Şəmkir rayonunun Atabəy və Hacıalılar kəndlərində seçicilərlə görüşüb.
Görüşdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev əvvəlcə ölkəmizdə keçiriləcək parlament seçkilərnin Azərbaycanın demokratik inkişafında əhəmiyyəti barədə danışıb.
Seçicilər qarşısında çıxış edən Sahibə Qafarova Milli Məclisə deputatlığa namizədliyini növbəti dəfə irəli sürdüklərinə görə partiyanın rəhbərliyinə minnətdarlığını bildirib, yenidən millət vəkili seçiləcəyi təqdirdə görəcəyi işlər barədə danışıb.
Görüşdə çıxış edən ağsaqqallar, ziyalılar və gənclər Sahibə Qafarovanın Milli Məclisin deputatı kimi fəaliyyətini yüksək dəyərləndirdiklərini, yenidən onun millət vəkili seçilməsi üçün yekdilliklə səs verəcəklərini bildiriblər.