YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov seçicilərlə növbəti görüşünü keçirdi

Şahbuz şəhərindəki “Kino Araz” klubunda 01 noyabr 2015-ci ildə keçiriləcək parlament seçkilərində Yeni Azərbaycan Partiyasının 5 saylı Şahbuz-Babək Seçki dairəsindən deputatlığa namizədi Siyavuş Dünyamalı oğlu Novruzovla seçicilərin görüşü keçirilib. 

Görüşü giriş sözü ilə açan YAP Şahbuz Rayon Təşkilatının sədri Rizvan Məmmədov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış partiyanın Azərbaycanın inkişafındakı tarixi xidmətlərindən bəhs edərək bildirib ki, məhz bu xidmətləri dəyərləndirən seçicilər Yeni Azərbaycan Partiyasının 22 ildir hakimiyyətdə qalması üçün keçirilən bütün seçkilərdə partiyamıza səs verir.

O, partiyanın namizədini seçicilərə təqdim edərək bildirib ki, Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası tərəfindən artıq 3-cü dəfədir ki, 5 saylı Şahbuz-Babək Seçki dairəsindən deputatlığa namizəd göstərilir və seçiciləri onu yaxşı tanıyır.

Namizəd haqqında çıxış edən “Oğuz Səsi“ qəzetinin redaktoru Şəhla Nəbiyeva deputatlığa namizədin həyat və fəaliyyəti barədə geniş məlumat verərək bildirib ki, S.Novruzov Azərbaycan parlamentinin ən təcrübəli üzvlərindən biridir, Milli Məclisin İntizam komissiyasının sədri kimi uğurla fəaliyyət göstərir. O həm də qanunvericilik sahəsində təcrübəli alim kimi uğurlu fəaliyyət göstərir. S.Novruzovun ölkəmizin ictimai-siyasi həyatında və parlamentdəki fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.

Şahbuz Rayon mərkəzi xəstəxanasının həkimi, ilk partiya təşkilatının sədri Təmleyxa Cəbiyev çıxış edərək S.Novruzovu yaxından tanıyan bir şəxs kimi, onun yüksək insani keyfiyyətlərindən danışıb, seçiciləri Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.

Şahbuz Rayon Gənclər Birliyinin sədri Vuqar Muradov çıxış edərək gəncləri Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə səsləyib.

Deputatlığa namizəd S.Novruzov seçicilər qarşısında çıxış edərək öz seçki platformasını təqdim edib. O, 20 ildən artıqdır Azərbaycanda, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında həyata keçirilən geniş miqyaslı quruculuq siyasətindən danışıb, bu siyasətin həyata keçirilməsində Yeni Azərbaycan Partiyasının və onun liderlərinin tarixi xidmətlərindən bəhs edib. Namizəd ötən parlament seçkisində ölkə seçicilərinin verdikləri səslərlə partiyanın Milli Məclisdəki fəaliyyətinə diqqətlə yanaşdığını, dəstəklədiyini və etibar etdiyini deyib. Namizəd əmin olduğunu bildirib ki, bu dəfə də xalqımız Yeni Azərbaycan Partiyasının qələbə qazanması üçün öz dəstəyini əsirgəməyəcəkdir.

Sonda S.Novruzov seçiciləri maraqlandıran çoxsaylı suallara ətraflı cavab verib.

Görüşə yekun vuran R.Məmmədov partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyasına xidmət dövlətə, xalqa xidmət etmək deməkdir” sözlərini xatırladaraq seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi S.Novruzova səs verməyə çağırıb.

 

DİGƏR Xəbərlər Arxiv