Xəbərlər
Deputatlığa namizəd Məlahət İbrahimqızı Nəsimi rayon 3-cü mikrorayon ərazisində yaşayan seçiciləri ilə görüş keçirmişdir

YAP Nəsimi rayon təşkilatının sədri və Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi Birinci Seçki Dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızı 3-cü mikrorayon ərazisində yaşayan seçiciləri ilə görüş keçirmişdir.
Görüşdə çıxış edən deputatlığa namizəd və millət vəkili Məlahət İbrahimqızı seçicilərə Azərbaycan Respublikasının Prezidenti, möhtərəm cənab İlham Əliyavin ölkəmizdə gördüyü işlərdən, əldə olunan uğurlardan ətraflı danışmışdı. Deputatlığa namizəd Məlahət İbrahimqızı Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlardan danışmış və onlarla fikir mübadiləsi etmişdir.
Məlahət İbrahimqızı bu günlərdə hökumətin 9 aylıq hesabatı zamanı Respublika Prezidentinin etdiyi parlaq çıxışı haqda, onun söylədiyi dövlətin gələcək hədəfləri, dövlət siyasətinin əsas prioritetləri, görüləcək işləri bir daha Nəsimi rayon seçicilərə çatdırdı. Azərbaycan Respublikasının Prezidentinin fəaliyyətini yüksək qiymətləndirən və onu hər zaman dəstəklədiklərini bildirən seçicilər, mikrorayon ərazisində son günlərdə aparılan tikinti-abadlıq işlərini də alqışladıqlarını söylədilər.
Çıxış edən hər bir sakin ölkə rəhbərinin apardığı siyasəti dəstəklədiyini bir daha dilə gətirərək ölkə Prezidentin ətrafında sıx birləşdiklərini və 1 Noyabrda keçiriləcək seçkilərdə YAP namizədini dəstəkləyəcəklərini bildirdilər.