YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Tahir Süleymanov Şabran rayonunun Zeyvə və Qorğan kəndlərində seçicilərlə görüş keçirib

YAP tərəfindən MM-in deputatlığına namizədliyi irəli sürülmüş Tahir Süleymanov təşviqat kampaniyası çərçivəsində Şabran rayonunun Zeyvə və Qorğan kəndlərində  seçicilərlə görüş keçirib. 

YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov qarşıdan gələn Milli Məclisə seçkilərlə bağlı məlumat verib.

Çıxış edən Yeni Azərbaycan Partiyasının deputatlığına namizədi Tahir Süleymanov YAP-ın seçkilərə "Yeni hədəflərə doğru" şüarı ilə qatıldığını və patiyanın irəli sürdüyü namizədlərin cəmiyyət tərəfindən tanınan ziyalılar olduğunu söylədi.

Hər iki kənddə görüşdə iştirak edən kənd sakinləri, ağsaqqalar seçkilərdə bir nəfər kimi iştirak edəcəklərini və YAP-ın namizədinə səs verəcəklərini bildirdilər.