YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Bahar Muradova Füzuli rayonunun düşmənlə təmas xəttində yerləşən Şükürbəyli kəndində seçicilərlə görüşüb

Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi, Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova Füzuli rayonunun düşmənlə təmas xəttində yerləşən Şükürbəyli kəndində seçicilərlə görüşüb.  

Görüşdə YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova çıxış edərək respublikamızın mötəbər bir siyasi ərəfədə olduğunu vurğuluyaraq hər kəsi bu kampaniyada fəal olmağa və YAP-ın namizədlərinə səs verməyə çağırıb.

Çıxış edən kənd sakinləri Ulu öndər Heydər Əliyev siyasətindən və bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yaradılan siyasi sabitlik və əmin amanlıqdan danışıblar.

YAP-ın böyük ictimai nüfuzunu xüsusi qeyd edən Bahar Muradova qarşıdan gələn seçkilərdə kənd sakinlərini seçkilərin demokratik şəkildə keçməsi üçün öz iradələrini seçki məntəqələrində ifadə etməyə və YAP-ın namizədlərinə səs verməyə çağırıb.