YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Qadınlar Şurasının «Seçkilərdə qadın namizədlərə dəstək olaq» mövzusunda növbəti tədbiri keçirilib

Bu gün YAP Səbail rayon təşkilatının qərargahında partiyanın Qadınlar Şurasının «Seçkilərdə qadın namizədlərə dəstək olaq» mövzusunda növbəti tədbiri keçirilib. Tədbirdə YAP-ın Səbail, Nəsimi, Nizami və Binəqədi rayon təşkilatlarının fəal qadınları iştirak ediblər.

YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva çıxış edərək bildirib ki, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan  Yeni Azərbaycan Partiyasının hər bir üzvü  seçkilərin hər bir mərhələsində xüsusi fəallığı ilə seçilir, görülən işlərə öz töhfəsini verməyə çalışır. Onun sözlərinə görə, partiyada təmsilçilik faizi yüksək olan qadınların seçki hazırlığı, prosesə böyük töhfələr vermək istəyi diqqətdən yayınmır. «Bugünkü tədbir qadınların seçkilərdə fəl iştirak etmək istəyinin göstəricisidir. Bu gün Azərbaycan demokratik inkişaf yolunda inamla irəliləyir. Ölkəmizin malik olduğu imkanlar hər bir sahədə uğurlu addımların atılmasına əsas yaradır. Parlament seçkilərinə hazırlıq  prosesi bir daha ölkəmizin  demokratiya təcrübəsinin t əqdimatında əhəmiyyətli rol oynayır və bu inam ifadə edilir ki, 1 noyabr parlament seçkiləri Azərbaycanın demokratik inkişaf tarixinə  yeni bir səhifə kimi yazılacaq»- YAP Qadınlar Şurasının sədri bildirib.

Tədbirdə YAP-ın 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə deputatlığa namizədi, partiyanın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, YAP-ın 25 saylı Nizami ikinci seçki dairəsi üzrə deputatlığa namizədi, partiyanın Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva və başqaları çıxış edərək qadınları seçkilərdə fəallığı ilə bağlı fikirlərini bildiriblər.