YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Cahangir Zeynalovun anadan olmasının 150 illiyinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Azərbaycan professional teatrının banilərindən sayılan Cahangir Zeynalovun anadan olmasının 150 illiyinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Sərəncamda 2015-ci ildə Azərbaycan professional teatrının banilərindən biri, görkəmli aktyor, teatr xadimi və pedaqoq Cahangir Zeynalovun anadan olmasının 150 illiyinin tamam olması diqqətə çatdırılıb.

Bildirilib ki, Cahangir Zeynalov qüdrətli sənətkar kimi ifaçısı olduğu bütün rolları öz canlı müşahidələri sayəsində daim yeni cizgilərlə zənginləşdirib və həyat həqiqətlərini realizm prinsipləri əsasında səhnədə müvəffəqiyyətlə canlandıran dolğun surətlər silsiləsi yaradıb. Onun yüksək əhəmiyyətə malik sənət məktəbinin parlaq ənənələri böyük səhnə ustaları tərəfindən layiqincə davam etdirilib.

Sərəncamda milli teatr sənətinin inkişafında mühüm xidmətləri olan görkəmli sənətkar Cahangir Zeynalovun 150 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə ədibin yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

 

DİGƏR Xəbərlər Arxiv