Xəbərlər
Hüseynbala Mirələmov: Hər bir seçici Azərbaycanın davamlı inkişafına töhfəsini YAP-ın namizədlərinə dəstəyi ilə təsdiqləyəcəkdir

“Yeni Azərbaycan Partiyası birliyi, monolitliyi qorumaqla, səyləri birləşdirməklə xalqa, dövlətə xidmət partiyası olduğunu biri-birindən əhəmiyyətli addımları və uğurları ilə təsdiqləyir. Sözlə əməl birliyi partiyanın hər bir seçki prosesindən uğurla, qələbə ilə çıxmasını şərtləndirir. Buna görə də partiya möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi uğurlar, eyni zamanda cəmiyyətdə artan nufuzu, siyasi çəkisi fonunda növbəti parlament seçkilərinə də böyük qələbə əzmi ilə qatılıb. Seçkilərə hazırlığın qələbəyə gedən yolda başlanğıc olduğunu nəzərə alsaq, partiyanın hər bir şəhər və rayon təşkilatı hazırlıq işlərinin yüksək səviyyədə təşkilinə öz töhfələri verməyə çalışır. Təbii ki, seçkilərin nəticələri xalqın iradəsindən asılıdır. Fərziyyələrdən uzaq olan, reallığı düzgün dəyərləndirməyi bacaran xalq hər bir siyasi qüvvənin hansı imkanlara malik olduğunu, hansı məqsəd uğrunda mübarizə apardığını çox yaxşı bilir. Düşünürəm ki, bu baxımdan seçkilərdə hər bir seçici öz seçki hüququndan istifadə edərək, Azərbaycanın davamlı inkişafına töhfələrini Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstəkləri ilə təsdiqləyəcəklər.” Bu fikirləri MM-in deputatlığına namizəd, Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov yap.org.az saytına açıqlamasında bildirib.