YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Süleymanov Şabran rayonunun bir sıra kəndlərində seçicilərlə görüş keçirib

YAP tərəfindən MM-in deputatlığına namizədliyi irəli sürülmüş Tahir Süleymanov təşviqat kampaniyası çərçivəsində Şabran rayonunun Düzbilici, Xəlfələr, Rəhimli, Sincanboyad, Söhbətli, və Təzəkənd kəndlərində  seçicilərlə görüş keçirib. 

Görüşdə çıxış edən YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov partiya tərəfindən MM-in deputatlığına namizədliyi irəli sürülmüş Tahir Süleymanovun ötən illər ərzində fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki,  Tahir Süleymanov Milli Məclisin deputatı kimi qanunvericilik aktlarının qəbulunda hər zaman fəallığı ilə seçilmiş, eyni zamanda seçiciləri tərəfindən qaldırılmış problemlərin müsbət həlli istiqamətində səylərini əsirgəməmişdir.

Tahir Süleymanov toplantıda çıxış edərək seçicilərlə hər bir görüşünün onda müsbət təəssurat yaratdığını qeyd etmiş, ona növbəti dəfə etimad göstəriləcəyi təqdirdə bu istiqamətdə fəaliyyətini bundan sonra da layiqincə davam etdirəcəyini bildirmişdir.

Görüşlərdə çıxış edən seçicilər növbəti seçkilərdə də Tahir Süleymanovun timsalında YAP-ın namizədini birmənalı surətdə dəstəkləyəcəklərini bəyan etmişlər.