YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP tərəfindən deputatlığa namizəd Ağalar Vəliyevin Goranboyun Boluslu və Gürzallar kəndlərində seçicilər ilə görüşü keçirildi

97  saylı Goranboy-Ağdam-Tərtər Seçki dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Vəliyev Ağalar İsrəfil  oğlunun Boluslu  və Gürzallar kəndlərində  seçiciləri ilə görüşü keçirildi.

Görüşlərdə çıxış edən seçicilər bildirdilər ki, Ağalar Vəliyevin rəhbərliyi ilə Murovdağdan rayonun17 kəndinə  içməli su çəkilib, rayonun kanalizasiya  sistemi yenidən qurulub. Artıq rayon əhalisinin Ağalar müəllim haqqında geniş məlumatı var. Biz öz seçimimizi etmişik. Noyabrın 1-də Ağalar Vəliyevə yekdilliklə səs verəcəyik.

Deputatlığa namizəd Ağalar Vəliyev seçicilər qarşısında çıxış edərək cənab Prezident İlham Əliyevin prezidentliyi dövründə respublikamızda, eləcə də respublikamızdan kənarda apardığı sosial  iqtisadi işlərdən geniş danışdı və seçiciləri 1 noyabrda YAP-ın namizədinə səs verməyə çağırdı.