YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Ölkəmizin hər yerində böyük quruculuq işləri həyata keçirilir

«2014-cü ilin birinci rübünün nəticələri ölkəmiz üçün çox uğurludur. İnkişaf bütün sahələrdə mövcuddur. Eləcə də, bütün bölgələrimiz də eyni dinamika ilə inkişaf edir. İstər Bakı şəhəri olsun, istər bölgələrimiz, hər yerdə inkişaf  sürətli templə davam edir». Bu fikirləri Yeni Azərbaycan Partiyası  Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, bu gün Azərbaycanda görülən işlər yüksək qiymətləndirilməlidir. Çünki Azərbaycan dünyadakı çətinliklərin olduğu bir şəraitdə inamla inkişaf edir, ölkəmizdə sabitlik hökm sürür.

«Ölkəmizin hər yerində böyük quruculuq işləri həyata keçirilir. Bilirsiniz ki, 2015-ci ildə Azərbaycanda Avropa Olimpiya Oyunları keçiriləcək. Buna hazırlıq işlərlə bağlı möhtəşəm işlər görülür. Hesab edirəm ki, bu nüfuzlu beynəlxalq tədbiri də yüksək səviyyədə keçirməklə Azərbaycan tarix yazacaq. Yəni bütün sahələrdə Prezident İlham Əliyev həyata keçirdiyi siyasət öz ahəngi ilə davam edir ki, bu da xalqımız tərəfindən rəğbətlə qarşılanır»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv