YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Qurbanov: “Bakı-Tbilisi-Qars” dəmir yolu xəttində tikinti işləri yekunlaşmaq üzrədir

“Bakı-Tbilisi-Qars" dəmir yolu xəttinin Azərbaycan tərəfində aparılan tikinti işlərinin əksər hissəsi yekunlaşıb.

Bu sözləri jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

O bildirib ki, artıq yolun tikintisi başa çatıb və demək olar ki, Gürcüstanla Türkiyə arasında olan tunelin tikintisi yekunlaşıb.

Qeyd edək ki, sentyabrda İsveçrədə “Azərbaycan Dəmir Yolları” sifarişi ilə və gələcəkdə "Bakı-Tbilisi-Qars" dəmir yolu xəttində hərəkət edəcək yataq tipli sərnişin vaqonlarına baxış və hazır birinci vaqon gövdəsinin qəbulu həyata keçirilib. Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək qatarlar üçün Azərbaycan tərəfi "Stadler" şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. "Standart", "komfort", "biznes" və "restoran" tipli istehsal ediləcək vaqonlar kateqoriyasına görə 10, 20 və 32 yerlik olacaqdır. 2016-cı ilin iyul-avqust aylarında ilk 10 vaqonun istismara buraxılması nəzərdə tutulur.