YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın deputatlığa namizədi Mixail Zabelin seçicilərlə görüşüb

Yeni Azərbaycan Partiyası tərəfindən 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi üzrə namizədliyi irəli sürülmüş Mixail Zabelinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə ilk görüşü keçirilib. Görüşdə qeyd olunub ki, Mixail Zabelin millət vəkili kimi fəaliyyət göstərdiyi ötən illərdə həmişə seçicilərinin maraqlarını yüksək səviyyədə müdafiə edib, parlamentdə qanunvericilik təşəbbüsü ilə çıxış edib.

Görüşdə çıxış edən Mixail Zabelin əvvəlcə, ölkəmizin qazandığı böyük nailiyyətlər haqqında danışıb. Mixail Zabelin YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında mühüm xidmətlərini vurğulayıb, hazırda ölkəmizdə xalqla iqtidar arasında sarsılmaz birlik olduğunu deyib.
Tədbirdə çıxış edən seçicilər də qarşıdan gələn parlament seçkilərində növbəti dəfə YAP-ın 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi üzrə namizədi Mixail Zabelin Yuryeviçə səs verəcəklərini bəyan ediblər.