YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkoya təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya yenidən Belarus Respublikasının Prezidenti vəzifəsinə seçilməyi münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Sizin inamlı qələbəniz yürütdüyünüz davamlı sosial-iqtisadi inkişafa və əhalinin rifahının yüksəldilməsinə, ölkənizin dünya birliyində mövqelərinin möhkəmlənməsinə yönəlmiş xəttin dost Belarus xalqı tərəfindən dəstəklənməsinə dəlalət edir.

Əminəm ki, bundan sonra da bizim birgə səylərimiz Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ənənəvi dostluq münasibətlərinin, səmərəli əməkdaşlığın və çoxplanlı qarşılıqlı əlaqələrin inkişafına və genişlənməsinə kömək edəcək.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.”